Hindistan XİN Ukrayna səfirini çağırdı
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə gəmiyə endirdiyi zərbə nəticəsində hindistanlı dənizçinin həlak olmasından sonra Ukraynanın bu respublikadakı səfiri Aleksandr Polişşuku çağıraraq ticarət gəmilərinə hücumlarla bağlı narahatlığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın xarici siyasət idarəsinin bəyanatında deyilir.
XİN-dən verilən məlumata görə, diplomat "MV OMORFI ticarət gəmisinə hücum və nəticədə Hindistan vətəndaşının faciəvi şəkildə həlak olması ilə əlaqədar" çağırılıb. "Nazirlik bu insidentlə bağlı ciddi narahatlığını ifadə edib və ticarət gəmilərinə edilən bu cür hücumları qətiyyətlə pisləyərək, onların dənizçilik təhlükəsizliyinə, gəmiçilik azadlığına və beynəlxalq ticarətə mənfi təsirini vurğulayıb", — bəyanatda qeyd olunur.
"Səfirdən Hindistanın ticarət gəmilərinə hücumlarla bağlı ciddi narahatlığını Ukrayna hakimiyyətinin diqqətinə çatdırmaq xahiş olunub və bir daha vurğulanıb ki, günahsız mülki dənizçilərin həyatını təhlükəyə atan bu cür əməllər qəbuledilməzdir və istisna edilməlidir", — deyə XİN-dən bildirilib. Bura qədər Hindistanın WION telekanalı Hindistan vətəndaşının ölümünün Ukrayna dronunun hücumu nəticəsində baş verdiyini xəbər vermişdi.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 İyul 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















