Hindistanda iPhone hissələri istehsal edən zavodda üç işçi ölüb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Hindistanın cənubundakı Tamilnad ştatının Hosur şəhərində yerləşən “Tata Electronics” şirkətinin müəssisəsində baş verən hadisə nəticəsində üç işçi həyatını itirib.
APA xəbər verir ki, bu barədə ştat hökumətinin nümayəndəsi Virudhay Maqal Kirthana “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, sözügedən müəssisədə “Apple” şirkətinin “iPhone” smartfonları üçün korpuslar və digər komponentlər istehsal olunur.
“Tata Electronics”in Hosur müəssisəsində üç nəfərin faciəvi şəkildə həyatını itirməsindən dərin kədər hissi keçirirəm”, – hökumət nümayəndəsi bildirib.
O, hadisənin səbəblərinin hərtərəfli araşdırılacağını və nəticələrə uyğun tədbirlər görüləcəyini vurğulayıb.
“Gələcəkdə bu cür faciələrin təkrarlanmaması üçün bütün zəruri addımları atmalıyıq”, – Kirthana əlavə edib.
“The New Indian Express” nəşrinin məlumatına görə, işçilərin filtrasiya sisteminə aid çənin texniki baxışı və təmizlənməsi zamanı boğularaq öldüyü ehtimal edilir.
İlkin ehtimallara əsasən, işçilər çənin yoxlanılması zamanı zəhərli qazın təsirinə məruz qalıblar.
Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra müəyyənləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Noyabr 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















