Christian Dior şirkətinin baş icraçı direktoru klub prezidenti seçildi
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Paris"in Direktorlar Şurasının iclasında Antuan Arno klubun yeni prezidenti seçilib. Sport24.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun hazırkı baş icraçı direktoru (CEO) Jan-Mark Qallo "Paris"nin prezidentin səlahiyyətli nüyaəndəsi təyin olunub.
Arno bu vəzifədə 2012-ci ildən bəri klubun prezidenti postunu tutan Pyer Ferraçini əvəz edir. 49 yaşlı fransız iş adamı "Christian Dior" şirkətinin sədr müavini və baş icraçı direktortorudur. O, dünyanın ən varlı şəxslərindən biri olan milyarder Bernar Arnonun oğludur.
Qeyd edək ki, Liqa 1-də mübarizə aparan "Paris" hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komanda ötən il yüksək diviziona vəsiqə qazanıb və mövsümü 11-ci yerdə başa vurub.
Baxış sayı:116
Bu xəbər 10 Noyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















