Tramp həyat yoldaşına xəyanət edən Nvidia nın rəhbərini dəstəklədi
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp həyat yoldaşına xəyanət etdiyini etiraf edən "Nvidia" şirkətinin baş direktoru Censen Huanqa dəstək verib. Huanqın Çin üçün məlumat toplamaqda şübhəli bilinən "Megaspeed" şirkətinin rəhbəri Elis Huanqla münasibətdə olduğu bildirilir.
Oxu.Az "The Washington Times" nəşrinə istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Tramp Censen Huanqla şəxsən danışmadığını, lakin onu ləyaqətli və yaxşı insan hesab etdiyini bildirib.
"Düşünürəm ki, yəqin ki, onun özünə bəraət qazandıran səbəbləri var. Biz onu dinləməliyik", - deyə ABŞ lideri qeyd edib. Trampın fikrincə, Huanq çip istehsalçısına rəhbərlik etməyə davam etməlidir.
Gələn həftə Asiyaya səfəri zamanı "Nvidia" rəhbərini özü ilə aparıb-aparmayacağı barədə suala Tramp "Mütləq aparacağam", - deyə cavab verib. O, Huanqın hər hansı yanlış hərəkət etdiyini eşitmədiyini də əlavə edib.
Censen Huanq isə artıq həyat yoldaşından və əməkdaşlarından üzr istəyib:
"Həyat yoldaşıma sadiq qalmadım. Hərəkətlərim onu və övladlarımızı incitdi. Bunun heç bir bəhanəsi yoxdur. Çox təəssüf edirəm".
"Nvidia"nın direktorlar şurası şirkətin qurucusu və baş direktorunun "xarici kəşfiyyat əməliyyatının" hədəfinə çevrildiyi barədə məlumatlarla əlaqədar müstəqil araşdırmaya başlanıldığını elan edib.
Çin Xarici İşlər Nazirliyi isə Çin kəşfiyyatının "Nvidia" rəhbəri ilə əlaqə yaratmağa cəhd göstərməsi barədə ittihamları böhtan adlandırıb.
Qalmaqal fonunda "Nvidia"nın səhmləri 6%-dən çox ucuzlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 10 Noyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















