Icma.az
close
up
RU
Hindistandan Azərbaycana gətirilən ətlər Sağlamlıq üçün risk varmı? AÇIQLAMA

Hindistandan Azərbaycana gətirilən ətlər Sağlamlıq üçün risk varmı? AÇIQLAMA

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Son zamanlar ət məhsullarının qiymətindı artım müşahidə olunur. Belə bir şəraitdə sosial şəbəkələrdə bəzi bazarlarda ucuz ət satışına dair məlumatlar yayılır. Məlumatlara görə, bu ət məhsulları əsasən Hindistan və Monqolustandan gətirilir. Bu isə bir çox insanı düşündürür: bu cür ucuz ət nə dərəcədə keyfiyyətlidir və sağlamlıq baxımından təhlükəsiz hesab oluna bilərmi?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, ət məhsullarının təhlükəsizliyi onların mənşəyindən çox, emal və saxlanma şəraitindən asılıdır.

Onun sözlərinə görə, Hindistandan, Monqolustandan gətirilməsinə görə birbaşa ətin zərərli olduğunu demək uyğun olmaz:

"Əsas məsələ həmin məhsulların beynəlxalq sanitar qaydalara uyğun şəkildə istehsal, daşınma və sertifikatlaşdırma prosesləridir. Hindistan və Monqolustanda ixrac üçün nəzərdə tutulan ət məhsulları aidiyyəti üzrə qaydalara əsasən yoxlanılır. Bu ölkələrdə ixrac üçün xüsusi sertifikatlı müəssisələr fəaliyyət göstərir. Yəni bu müəssisələrdə ət heyvanları baytarlıq nəzarətindən keçir, xəstəliklərə qarşı peyvəndlənir və yalnız sağlam heyvanlardan ət əldə olunur. Nəzərə almaq lazımdır ki, bəzi hallarda ucuz bazarlarda satılan ətlər rəsmi idxal kanalları ilə gəlmir. Qeyri-leqal yollarla ölkəyə daxil ola bilər. Belə məhsullar nə müvafiq laborator analizdən, nə də sanitar nəzarətdən keçir. Təhlükə də məhz bu nöqtədə yaranır.

İdxal olunan ətlərin əksəriyyəti dondurulmuş formada gətirilir. Donma prosesi mikroorqanizmlərin çoxalmasını dayandırsa da, onları tam məhv etmir. Əgər bu ətlər daşınma və saxlanma zamanı lazımi temperatur rejimində qorunmazsa, bakteriyalar yenidən aktivləşə və zəhərlənmə riski yarada bilər. Etiketdə məhsulun mənşə ölkəsi, istehsal tarixi və saxlanma temperaturu göstərilməlidir. Ət tam dondurulmuş və buz təbəqəsi nazik olmalıdır. Qalın buz qatları ətin bir neçə dəfə dondurulub-əridildiyini göstərə bilər. Qoxu və rəng normal olmalıdır. Boz və ya yaşıl rəng ətin xarab olmasının əlamətidir".

Qida tədqiqatçısı qeyd edib ki, Hindistan kimi tropik ölkələrdə bəzi zoonoz xəstəliklər daha çox yayılıb:

"Buna görə də həmin ölkələrdən gətirilən ət məhsullarının yalnız beynəlxalq sertifikatı olan müəssisələrdən alınması vacibdir. Sertifikatsız ətlərin istifadəsi qaraciyər, bağırsaq və immun sisteminə zərər vura biləcək bakterial və parazitar infeksiyalara səbəb ola bilər.
Bəzi idxal ətləri antibiotik qalıqları, heyvan böyütmə hormonları daşıya bilər. Bu isə uzunmüddətli istifadədə orqanizmdə antibiotikə davamlı bakteriyaların yaranmasına və hormonal balans pozuntularına gətirib çıxara bilər. Buna görə də rəsmi baytarlıq laboratoriyalarında analizdən keçməyən ət məhsullarının istehlakı tövsiyə edilmir.

Yerli istehsal olunan ətlər adətən təzə olur. Daha az məsafə qət etdiyinə qida zəncirində risk faktoru azdır. Amma onların qiyməti yemin, enerji xərclərinin və logistikanın artması səbəbindən bahalaşır. İdxal ətləri isə böyük həcmdə gətirildiyi üçün ucuz başa gəlir. Burada əsas məsələ nəzarət səviyyəsidir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri