Icma.az
close
up
RU
Hindistandan qeyri etik addım: plan uğursuz oldu Türkiyə detalı

Hindistandan qeyri etik addım: plan uğursuz oldu Türkiyə detalı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistan və Pakistan arasında son hərbi toqquşmalar regionda təhlükəsizlik və diplomatik gərginliyin kəskin artmasına səbəb olub. Xüsusilə Hindistanın Pakistan ərazisindəki infrastruktur obyektlərinə hava zərbələri endirməsi vəziyyəti pik həddə çatdırdı.

Bəzi iddialara görə, bu gərginliyin pərdəarxasında ABŞ dayanır. Belə ki, Hindistanın son dövrlərdə Rusiya və Fransa ilə diplomatik və iqtisadi münasibətlərini dərinləşdirməsi, o cümlədən Moskvadan neft idxal etməsi Vaşinqtonda narazılıqla qarşılanıb. Bundan əlavə, Baş nazir Narendra Modinin ABŞ-ın bəzi tələblərinə qarşı çıxması Vaşinqtonla münasibətlərin soyumasına səbəb olub. Məhz bu amillərin Dehliyə qarşı dolayı təzyiq aləti kimi Pakistanla toqquşmaya şərait yaratdığı deyilir.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Hindistanda hakimiyyətdə olan Narendra Modi rejimi öz radikal dini və ifrat millətçi mövqeyi ilə seçilir:

“Modi hökumətinin son hərəkətləri, xüsusilə Pakistan ərazisindəki mülki və dini obyektlərin hədəfə alınması, terror aktlarını xatırladan davranış nümunələri göstərdi. Eyni zamanda, Hindistanın 1960-cı ildən qüvvədə olan su paylaşımı razılaşmalarından birtərəfli qaydada çıxması və Pakistanı su qıtlığına sürükləməsi, regionu yeni bir humanitar fəlakətin astanasına gətirdi. Bu, qeyri-etik və məsuliyyətsiz bir addım idi.

Pakistanın bu məsələyə yanaşması təmkinli və beynəlxalq hüquqa uyğun şəkildə oldu. İslamabad hökumətinin soyuqqanlı və məsuliyyətli davranışı təqdirəlayiqdir. Bu gün Hindistan öz imkanlarını aşan iddialarla çıxış edir və özünü qlobal güc kimi təqdim etməyə çalışır. Lakin bu siyasət, xüsusilə Pakistan üzərində hərbi üstünlük qazanmaq istəyi uğursuzluqla nəticələndi. Dehlinin planları əks effekt verdi və sonda özü ciddi diplomatik zərbə aldı. Pakistan ordusunun peşəkarlığı və qətiyyəti Hindistanın bu avantürasına cavab verməkdə özünü aydın şəkildə göstərdi”.


Oqtay Qasımov

Politoloq regionda hər iki tərəfi də dəstəkləyən nüfuzlu güclərin olduğunu vurğulayıb:

“Pakistanın açıq şəkildə dəstəklənməsi baş verməsə də, əsasən Türkiyə və Çin bu prosesdə İslamabada dolayısı ilə arxa oldu. Digər tərəfdən, Qərb ölkələrinin əvvəlcə Hindistana dəstək verir kimi görünməsinə baxmayaraq, sonradan daha balanslı mövqe nümayiş etdirmələri diqqətdən yayınmadı. Xüsusilə ABŞ Prezidenti Donald Trampın mövqeyi bu məsələdə açıq və aydın oldu, nəticədə Vaşinqton Hindistana birmənalı dəstək vermədi”.

Ekspertin fikrincə, bu mövqenin formalaşmasında Hindistanın son dövrlər Qərbin maraqlarına uyğun hərəkət etməməsi əsas rol oynayıb:

“Hindistan potensialını aşan iddialarla çıxış edir. Ən mühüm məsələ isə Dehlinin Qərbin gözləntilərinə zidd istiqamətdə irəliləməsidir. Modi açıq şəkildə Rusiyaya səfər edib və Moskva ilə isti əlaqələr qurub. Hindistan nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmur, əksinə ondan neft və qaz idxal edir. Bu isə ABŞ-ın və bütövlükdə Qərbin maraqlarına ziddir. Ehtimal etmək olar ki, Vaşinqton bu münaqişədə Hindistanın üzərinə düşən cavab məsuliyyətini birbaşa Pakistan vasitəsilə göstərmək niyyətindədir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri