Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Hindistandan qeyri humanist davranış...

Hindistandan qeyri humanist davranış...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dehli münaqişəni bəhanə edərək İslamabadı su böhranı ilə üz-üzə qoyub

Aprelin 22-dən başlayan Hindistan ilə Pakistan arasındakı gərginlik səngisə də, hələ bitməyib. Xatırladaq ki, iki ölkə arasındakı mövcud atəşkəs rejiminin müddəti mayın 18-dək uzadılıb. Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib - o bildirib ki, tərəflər arasında aparılan danışıqlardan sonra atəşkəsin uzadılması barədə razılıq əldə olunub. “Razılığa gəldik ki, atəşkəs mayın 18-dək davam edəcək”, - deyə o bildirib.

Hindistan Pakistana su vermir...

Amma vəziyyət yenidən gərginləşə bilər. Rəsmi Dehlidən səslənən bəyanatlar konstruktiv ruha malik deyil - əksinə, Hindistan bu və ya digər yollarla yeni münaqişə yaratmağa çalışır. Pakistanın sülhpərvər mövqeyinin əksinə olaraq Hindistan radikal yanaşmadan əl çəkmir - xüsusilə, beynəlxalq humanizm prinsiplərinə və qanunların əksinə olaraq Pakistanı su hövzələrindən məhrum etməklə Hindistan müharibənin daha da alovlanması üçün çalışır. Belə ki, Dehli İslamabadla əldə olunan və atəşkəsin müddətinin mayın 18-nə qədər uzadılmasını nəzərdə tutan razılaşmaya baxmayaraq, Pakistanla imzalanmış Hind Suları Müqaviləsinin icrasına qayıtmayacağını bəyan edib. Bu barədə məlumatı Hindistanın xarici işlər naziri Subrahmanyam Caşhhankar açıqlayıb. O suyun verilməməsini belə izah edib: “Hind Suları Müqaviləsi dayandırılıb və transsərhəd terrorizmi qəti və dönməz şəkildə dayandırılana qədər belə qalacaq”.

Cayşankar “Hindustan Times”a açıqlamasında bildirib ki, Kəşmir bölgəsi ilə əlaqədar Dehli İslamabadla yalnız “Kəşmirin Pakistan tərəfindən “işğal olunmuş” hissəsində qeyri-qanuni işğal olunmuş Hindistan ərazilərinin azad edilməsini” müzakirə etməyə hazırdır.

XİN başçısının bu açıqlamasının suyun dayandırılması üçün bəhanə olması bütün kontekstlərdən ortadadır - çünki Pakistan dəfələrlə baş verən hadisələrdə iştirakçı olmadığını bəyan edib. Ümumiyyətlə, iki ölkə arasında illərdir davam edən münaqişələr zamanı Hindistan tez-tez bu yola - qeyri-humanist təhdidlərə əl atır.

Xatırladaq ki, 1960-cı ildə Hindistan və Pakistan su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind Suları Müqaviləsini imzalayıblar. Razılaşmaya əsasən, İslamabad Hindistan ərazisindən axan Hind çayının özünə və onun qolları olan Çenab və Jelum çaylarına nəzarəti ələ alıb, lakin Hindistan razılaşmaya əsasən, bu sulardan sahələrin suvarılması və ərazidə yaşayan sakinlərinin ehtiyacları üçün istifadə edə bilər. Yeni Dehli Bis, Ravi və Sutlej çayları üzərində tam nəzarəti ələ keçirib. Bu müqaviləyə əsasən, Yeni Dehli və İslamabad məlumat mübadiləsinə razılıq veriblər və bu məqsədlə Daimi İndus Komissiyası yaradılıb.

Hindistan səlahiyyətliləri daha əvvəllər də mövcud pay sahibi olan Pakistana suyun çatmamasını təmin etmək üçün qısa, orta və uzunmüddətli tədbirlər üzərində çalışdıqlarını bildirmişdilər. Bunun qarşılığında isə İslamabad bildirmişdi ki, Hind Suları Müqaviləsinə əsasən Pakistana məxsus su axınının dayandırılması və ya yönləndirilməsi, aşağı sahilyanı dövlətlərin hüquqlarını qəsb etmək cəhdi müharibə aktı hesab olunacaq.

Baş nazir xəbərdarlıq etdi: Bu, “qırmızı xətt” olacaq...

Münaqişənin tənzimlənməsi, müharibə fazasına adlamaması üçün isə beynəlxalq hərəkətlənmə diqqətti cəlb edib. Hələ aprel ayında ilk toqquşmalar zamanı bütün aparıcı beynəlxalq təşkilatlar və dövlətlər atəşkəslə bağlı çağırışlar etmişdi. Xüsusilə ABŞ prosesdə aktiv rol almışdı. Hətta bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Hindistan-Pakistan münaqişəsi ilə bağlı danışarkən bildirmişdi ki, rəhbərlik etdiyi administrasiya Hindistan və Pakistan arasında tam və dərhal atəşkəs əldə etməyə kömək etdi: “Məncə daimi atəşkəs, çoxlu nüvə silahı olan iki xalqın təhlükəli münaqişəsinə son qoydu”. Donald Tramp əlavə etmişdi ki, ABŞ hazırda Hindistanla ticarət sazişi üzrə danışıqlar aparır və yaxın gələcəkdə bu cür danışıqlara Pakistanla da başlamağı planlaşdırır.

Hindistanın XİN rəhbəri Cayşankar isə Hindistanın Pakistanla münasibətlərinin və onunla mümkün razılaşmaların “yalnız ikitərəfli xarakter daşıyacağını” deiyb. “Hindustan Times” qeyd edir ki, Cayşankarın bu açıqlaması ABŞ prezidenti Donald Trampın Kəşmir məsələsində iki ölkə arasında vasitəçilik etmək təklifinə cavab kimi qiymətləndirilir.

Pakistan Hindistan tərəfindən aparılan bu qeyri-adekvat davranışı cavabsız qoymayacaq. Baş nazir Şahbaz Şərif Hind Suları Müqaviləsini dayandıran Hindistana Pakistan ərazisinə su gətirən çayların axınının qarşısını almaq cəhdləri ilə bağlı sərt xəbərdarlıq edib.

“Dawn”un yaydığı məlumata görə, Baş nazir bildirib ki, “Əgər siz su təchizatını dayandırsanız, bu, “qırmızı xətt” olacaq. Bizim su əldə etmək hüququmuz var. Cəsur və igid qoşunlar bunun üçün döyüşəcək”.

O, Neelum-Jhelum bəndinə hücumda Hindistanı günahlandırıb, lakin Pakistanın insidentdə təmkin nümayiş etdirdiyini qeyd edib. Eyni zamanda, Şərif Pakistan hərbçilərinin Bağlihar bəndini və Hindistanın digər hidrotexniki qurğularını dağıtmağa qadir olduğunu bəyan edib.

Pakistandan ultimatum: ... hazırıq

Baş nazir Kəşmir məsələsinə də toxunub. O bildirib ki, Kəşmir məsələsi BMT-nin qətnamələri çərçivəsində həll edilməli, daha sonra ticarət məsələləri üzrə danışıqlar aparılmalıdır. Şərif xatırladıb ki, İslamabad Kəşmirin Pahalqam şəhərində törədilən terror aktı ilə bağlı hərtərəfli təhqiqat aparılmasını tələb edib və insidentin şərtlərini aydınlaşdırmaq üçün əməkdaşlığa razılaşıb, lakin Hindistan zərbə endirməyə üstünlük verib.

“Biz həm müharibəyə, həm də sülhə hazırıq. Seçim sizindir”, - baş nazir Hindistan tərəfinə müraciət edərək deyib.

Hindistandan nüvə şantajı...

Bir sıra Qərb siyasətçiləri hələ 2019-cu ildə Pakistan ilə Hindistan arasında yeni qarşıdurma yaşanan zaman 2025-ci il üçün yeni və daha ağır bir təmasla bağlı proqnozlar səsləndirmişdilər. Hətta 2019-cu ildə aparılan araşdırmada beynəlxalq ekspertlər qrupu 2025-ci ildə Hindistan ilə Pakistan arasında nüvə müharibəsi haqqında hipotetik ssenari hazırlamışdı. Böhran kəskinləşdikcə artıq nüvə təhdidi də ortaya çıxmağa başlayır. Qeyd edək ki, bununla bağlı ilk açıqlamanı da Hindistanın baş naziri Narendra Modi deyib. O, qəfildən “Hindistan nüvə təhlükələrinə boyun əyməyəcək” ifadəsini işlədib - halbuki ötən 1 aya yaxın zamanda rəsmi İslamabaddan nüvə ilə bağlı fikir eşidilməyib. Demək ki, Hindistan artıq bu məsələni ictimai rəyə ötürməyə çalışır - başqa sözlə, Dehli nüvə ritorikası ilə şantaj siyasətinə əl atır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) analitik mərkəzinin məlumatına görə, Hindistan və Pakistanın hər birində 170-ə yaxın nüvə başlığı var. ABŞ-ın Albani Universitetinin təhlükəsizlik üzrə eksperti Kristofer Klarinin sözlərinə görə, Hindistan və Pakistanın yerləşdirilmiş nüvə arsenallarının əsas hissəsi quruda yerləşən raket qüvvələridir - baxmayaraq ki, hər iki ölkə nüvə üçlüyü - quru, hava və dəniz vasitəsilə nüvə başlıqlarını çatdırmaq qabiliyyətinə malikdirlər.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri