Icma.az
close
up
RU
Hipertoniya haqqında yanlış bilinənlər

Hipertoniya haqqında yanlış bilinənlər

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İstər dünyada, istərsə də ölkəmizdə sağlamlıqla bağlı ən ciddi problemlərdən biri də hipertoniyadır.

Üstəlik, hipertoniya ölüm səbəbləri arasında ilk sırada yer alan ürək-damar xəstəliklərinə yol açan ən əsas amillərdən biri hesab olunur.

Acıbadem Universiteti Tibb Fakültəsi Kardiologiya fundamental elm sahəsi üzə tədris üzvü və Acıbadem Universitesi Atakent Xəstəxanası Kardiologiya mütəxəssisi dos. dr. Ahmet Karabulutun fikrincə, nəzarətdən kənar qalan hipertoniya əsasən beyin, ürək, böyrək və bədəndəki bütün damar strukturuna zərər verərək ciddi sağlamlıq problemlərinə yol açır. Cəmiyyətdə hipertoniya ilə bağlı yanlış fikirlərin bəzən həyati təhlükə yaratdığını qeyd edən Karabulut bununla bağlı fikirlərini bildirərək əhəmiyyətli tövsiyələr verib, bəzi hallarla bağlı xəbərdarlıq edib.

Təzyiqim normaya düşüb, dərmanı kəsə bilərəm

Çox tez-tez yol verilən və böyük təhlükə yaradan geniş yayılmış səhvlərdən biri “Təzyiqim normaya düşüb, dərmanı kəsə bilərəm” fikridir. Halbuki bu,həyati risk daşıya bilər. Çünki hipertoniya dərmanlarla müalicə edilib ortadan qaldırıla bilən bir xəstəlik deyil. Dərmanlar təzyiqi müəyyən göstəricilər arasında nəzarətdə saxlayır. Dərmanlara ara verildikdə isə təzyiq göstəriciləri yenidən yüksəlir.

Yeməklərə duz atmıram, duza məhdudiyyət qoyuram

Gündəlik qəbul olunan duzun sadəcə 20%-i süfrədən alınır. Hazır qida və çörəklərdə duz dadı olmasa belə tərkibində müəyyən miqdarda duz mövcuddur. Duz diyetinə əməl etmək üçün duzsuz çörəyə üstünlük vermək və xüsusilə də emal olunmuş qidalardan uzaq durmaq lazımdır.

Hipertoniyaya kişilərdə daha çox rast gəlinir

Hipertoniya cinsiyyətdən asılı deyil. Klimaksdan əvvəl qadınlarda daha az rastlanmasına baxmayaraq qadınlarda piylənmə epidemiyasının artması ilə hər iki cinsdə rastlanma riski hazırda bir-birinə yaxındır.

İnsan təzyiqinin yüksəlməsini özü hiss edir

Yüksək təzyiq “səssiz qatil” olaraq da adlandırılır. Nəzərəçarpan əlamətlər büruzə vermədən uzun müddət səssiz yaşayaraq bədəndə ciddi zərərlərə yol aça bilir. Xalq arasında hipertoniyanın klassik əlaməti olaraq bilinən başağrısı əksər hallarda hipertoniyanın əlaməti sayıla bilməz.

Aşağı təzyiq ürəyə daha çox ziyandır

Aşağı təzyiqin ürəyə daha çox ziyan verdiyi haqda fikirlər də yanlışdır. Həm yuxarı, həm aşağı təzyiqin yüksək olması ürəyi yorur. Ancaq aparılan araşdırmalar yuxarı təzyiq göstəricilərinin ürək xəstəliyi riskini daha dəqiq müəyyən etdiyini göstərib.

Hipertoniya yaşlıların xəstəliyidir

Hipertoniya yaşlılarda daha çox rastlanmasına baxmayaraq günümüzdə gənclərin də qapısını döyür. 20 və 30 yaşlarındakı əhalinin 10-15%-də hipertoniyanı müşahidə etmək mümkündür. 50 yaşdan sonra bu göstərici 50%-ə yüksəlir.

Hipertoniyanın diaqnozu birdəfə ölçülməklə qoyula bilər

Hipertoniyanın diaqnozunun qoyulması üçün münasib mühit və şərtlərdə 2 və daha artıq ölçmə zamanı göstəricilərin yüksək olması lazımdır. Ciddi stress altında ölçülən yüksək göstəricilər hipertoniyanın diaqnozu üçün yetərli deyil. Xəstəxanalarda ölçmə zamanı yüksək göstəricilər də “ağ önlük” hipertoniyası baxımından dəyərləndirilməli və lazım gəldikdə ev şəraitində ölçmələr aparılmalıdır.

Hipertoniyada tək çarə yolu

Xüsusilə yeni diaqnozu qoyulan hipertoniyanın birinci mərhələsi həyat tərzinin səmərəli dəyişikliyi və dərmandan istifadə etmədən nəzarət  altından saxlanıla bilir. İrəli mərhələlərdəki yüksək təzyiqdə həyat tərzi dəyişikliyi və diyetlə dərman sayı və dozalarında azalma əldə edilə bilər.

Süfrə duzundan başqa bütün duzlar zərərsizdir

Yalnız satışda olan emal edilmiş süfrə duzunda deyil, başqa duzlarda da (qaya duzu, okean duzu, Himalay duzu və s.) natrium miqdarı yüksək olduğu üçün bu duzların qəbulu təzyiq göstəricilərində artıma səbəb olur.

Hipertoniya xəstəsiyəm, idmanla məşğul ola bilmərəm

Müntəzəm məşqlər və idman zənn edilənin əksinə olaraq təzyiq göstəricilərinə nəzarət edilməsinə müsbət təsir edir. Bu təsir əsasən ikinci ayda özünü göstərir. Məşqlərin müntəzəm şəkildə, ama yüngül və orta səviyyədə edilməsi lazımdır. Ağır məşq hərəkətləri təzyiq göstəricilərini artıra biləcəyi üçün məsləhət görülmür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri