Icma.az
close
up
RU
Botoks haqqında yanlış bilinənlər Həkimkosmetoloqdan tövsiyələr

Botoks haqqında yanlış bilinənlər Həkimkosmetoloqdan tövsiyələr

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Kosmetologiyada ən çox istifadə olunan üsullardan biri botulinoterapiya (botox) üsuludur ki, bu barədə yanlış fikirlər  mövcuddur”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Laser Beauty Estetik Klinika”-nın baş həkimi, EKMİB-nin rəhbəri Rəna Soltanova deyib.

Həkim-kosmetoloq sözügedən sahə üzrə əhalinin maariflənməsinin vacib olduğunu vurğulayaraq, bir sıra məlumatlar verib:

1-ci yalan: Botoks üz əzələlərini tamamilə iflic edir.

Həqiqət: Botulinoterapiya üz əzələlərini tamamilə iflic etmir, sadəcə onları rahatlaşdıraraq qırışların dərinliyini azaldır. Düzgün dozada tətbiq edildikdə, üz ifadələri təbii şəkildə qalır.

2-ci yalan: Botoks inyeksiyaları ağrılıdır.

Həqiqət: Əksər insanlar prosedurun minimal ağrılı olduğunu təsvir edirlər. İnyeksiyalar çox nazik iynələrlə edilir (insulin iynəsi) və prosedur cəmi bir neçə dəqiqə çəkir.

3-cü yalan: Botoks toksikdir və təhlükəlidir.

Həqiqət: Kosmetologiyada istifadə edilən A tipli botulinum toksini çox kiçik dozalar şəklində tətbiq olunur və geniş klinik tədqiqatlardan keçmişdir. Təcrübəli həkim tərəfindən tətbiq edildikdə, prosedur təhlükəsizdir.

4-cü yalan: Botoks asılılıq yaradır.

Həqiqət: Botulinoterapiya fiziki asılılıq yaratmır. İnsanlar nəticələri qorumaq üçün proseduru təkrarlamaq istəyirlər, lakin bu asılılıq deyil.  5-ci yalan: Botoksun təsiri daimi olur. Həqiqət: Botoksun təsiri müvəqqətidir və adətən 3-6 ay ərzində davam edir. Nəticələri saxlamaq üçün prosedur müntəzəm təkrarlanmalıdır.

6-cı yalan: Botoks yalnız qadınlar üçündür.

Həqiqət: Botulinoterapiyadan istifadə edən kişilərin sayı artır. Prosedurun faydasını cinsindən asılı olmayaraq hər kəs görür.

7-ci yalan: Botoks yalnız qırışların aradan qaldırılması üçündür.

Həqiqət: Botulinoterapiya təkcə kosmetik məqsədlər üçün deyil, həm də miqren, həddindən artıq tərləmə, əzələ spazmları və digər tibbi hallar üçün istifadə olunur.

8-ci yalan: Botoksun nəticələri dərhal görünür.

Həqiqət: Botoksun təsiri dərhal deyil, tədricən, adətən 3-7 gün ərzində özünü göstərir. Maksimum nəticə iki həftə ərzində əldə olunur. Botulinoterapiya hər bir tibbi prosedur kimi risklərin dəyərləndirilməsi və düzgün dozaların və tətbiq sahələrinin müəyyən edilməsi üçün təcrübəli həkimlə




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri