Icma.az
close
up
RU
Hitlerin hakimiyyətə gəlişindən bəhs edən yeni roman Almaniyada bestseller oldu

Hitlerin hakimiyyətə gəlişindən bəhs edən yeni roman Almaniyada bestseller oldu

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyada nasizm üzrə əsas təhlilçilərdən sayılan jurnalist Sebastyan Haffnerin daha əvvəl naməlum qalan yeni romanı nəşr olunub və satışının ilk ayında bestsellerə çevrilib. 

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, yazıçının ailə üzvləri əsərin əlyazmasını onun stolunda taparaq çap etdirməyə qərar veriblər.

181 səhifəlik "Vida" adlı roman iki qəhrəman arasında sevgi hekayəsindən bəhs edir. Əsərin fonunu 1918–1933-cü illər arasında Almaniyada mövcud olmuş Veymar Respublikası dövrü təşkil edir. Bu dövr I Dünya müharibəsindəki məğlubiyyətdən sonrakı və Adolf Hitlerin hakimiyyətə gəlməsindən əvvəlki mərhələni əhatə edir. Roman 1932-ci ildə – nasizmin qurulmasından cəmi bir neçə ay əvvəl yazılıb. Əsərin süjeti, ehtimal ki, yazıçının yəhudi qıza olan məhəbbəti və onların ayrılmaq məcburiyyətində qalması ilə bağlı şəxsi həyatına əsaslanır.

Haffner nasizmdən qaçaraq 1938-ci ildə nişanlısı ilə birlikdə Almaniyanı tərk edib. Onlar Londona köçüblər və Haffner burada jurnalist fəaliyyətini davam etdirib. Almaniyada qalan ailəsini qorumaq üçün o, adını dəyişdirərək Raymund Pretzeldən Sebastyan Haffnerə çevirmişdi və məhz bu adla tanınıb.

"The Guardian" yazır ki, onun ədəbi yaradıcılığı Britaniyanın baş naziri Uinston Çörçillin yüksək qiymətini qazanıb. Çörçill Haffnerin debüt əsəri olan "Almaniya: Cekill və Hayd" romanını kabinet üzvlərinə oxumağı tövsiyə edib ki, nasizmin təhlükəsini dərindən dərk etsinlər.

Sebastyan Haffner Observer və "Stern" kimi nüfuzlu nəşrlər üçün yazdığı məqalələrdə nasizmi geniş təhlil etdiyindən onun nasizm üzrə başlıca analitiklərdən biri hesab olunur. Tapılan əlyazmanın nəşri ilə bağlı ailə üzvləri əvvəlcə tərəddüd edib. Yazıçının oğlu, Londonlu riyaziyyat professoru 86 yaşlı Oliver Pretzel bildirib ki, əvvəlcə bu əsərin əhəmiyyətli olmadığını düşünərək çapını istəməyib. Lakin sonradan romanın yaradıcı dəyərini etiraf edib.

"The Guardian" qeyd edir ki, alman tənqidçilər romanı yüksək qiymətləndirərək "ədəbi tapıntı" adlandırıblar. Tənqidçi Folk­er Vaydermann ailənin narahatlığının əsassız olduğunu bildirərək, əsərin yazıçının yaradıcılığına dəyərli bir əlavə olduğunu vurğulayıb.

Hazırda roman yalnız alman dilində nəşr olunub. Yaxın vaxtlarda Oliver Pretzelin tərcüməsində ingilis versiyası da gözlənilir. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri