Icma.az
close
up
RU
SSRİ Hitlerin gəlişindən xəbərdar olub “Barbarossa” planı…

SSRİ Hitlerin gəlişindən xəbərdar olub “Barbarossa” planı…

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Müdafiə Nazirliyinin Almaniya-SSRİ müharibəsi muzeyinə sonuncu dəfə təhvil verdiyi məxfiliyi ləğv edilmiş arxiv sənədləri özündə 1941-1945-ci illərdə sovet hərbi kəşfiyyatının fəaliyyətini ehtiva edir.
İlk dəfə olaraq hərbi kəşfiyyat rəhbərlərinin məruzələri, Almaniyanın SSRİ-yə hücuma hazırlığı barədə xarici rezidentliklərdən gələn şifrəli teleqramlar, cəbhədəki vəziyyətlə bağlı kəşfiyyat hesabatları, kəşfiyyatçıların şəxsi sənədləri və fotoşəkilləri gün işığına çıxıb. Dərc olunan məlumatların məzmunu göstərir ki, SSRİ rəhbərliyi nasist Almaniyasının hücuma hazırlaşdığını bilməklə yanaşı, həm də qabaqlayıcı tədbirlər görüb.

“Barbarossa” planı SSRİ-nin əlinə necə keçib…

Sənədlərə əsasən müharibədən əvvəlki dövrdə SSRİ xaricdə mədəni idarələr vasitəsilə geniş şəbəkə qurub, qeyri-qanuni rezidensiyalar təşkil edib, partizan hərəkatının əsaslarını formalaşdırıb və digər tədbirlər həyata keçirib. Bütün bunlar nasist Almaniyası və onun müttəfiqlərinin SSRİ ilə müharibəyə hazırlaşmaq üzrə niyyətlərini, planlarını və əməli tədbirlərini, Qərb ölkələrinin, ilk növbədə Böyük Britaniya və Fransanın nasistləri şərqə yönəltmək üçün hərəkətlərini operativ şəkildə ifşa etməyə imkan verib.

Xüsusilə, daha çox “Barbarossa” planı kimi tanınan SSRİ-yə hücum planı təsdiq edildikdən 11 gün sonra hərbi kəşfiyyat tərəfindən əldə edilib. Müharibədən əvvəlki dövrdə minə yaxın hərbi kəşfiyyatçı və onların etibarlı köməkçiləri-informatorları xaricdə işləyib. Bu strukturlar mərkəzə 17 mindən çox məlumat hesabatı göndərib.

Belə kodlu teleqramlarda son dərəcə vacib hərbi-strateji məlumatlar yer alıb. Məxfilikdən çıxarılan sənədlərdən biri 1941-ci ilin yanvar ayının əvvəlində Adolf Hitler ilə Rumıniya hökumətinin başçısı general Yon Antoneskunun Berlində gizli görüşünə aiddir. 1941-ci ilin martında SSRİ hərbi kəşfiyyat mərkəzi tərəfindən qəbul edilən gizli məlumatda deyilir:

“Hələ bu ilin yanvarında Hitlerlə görüş zamanı Antonesku Almaniyanın SSRİ-yə qarşı müharibə planları ilə bağlı fürerin özü tərəfindən məlumatlandırılıb. Bu, Antoneskunun Vyanada Herman Görinqlə görüşündə bir daha ətraflı müzakirə olunub”.

SSRİ-nin müharibənin ilk illərində məğlub olmasına gəlincə, bildirilib ki, XX əsrin ikinci yarısında Avropa sənayesi Vermaxt üçün çalışıb. Eyni zamanda Qərb müttəfiqləri Moskvaya qarşı ikili oyun aparıb. İkinci cəbhə açmağa qarşı olmalarından başqa, onların Stalinlə bölüşmək istəmədikləri iki çox böyük sirr olub.
Bu, nüvə silahları üzərində işin başlanması və “Enigma” kodlarının deşifrə edilməsidir. “Enigma”nın şifrələri hərbi gəmilər üçün istifadə olunub və Böyük Britaniyada Alan Türinq tərəfindən sındırılıb. Buna baxmayaraq ədəbsizlikdə ittiham olunan riyaziyyatçı 8 iyun 1954-cü ildə intihar edib. Aparılan autopsiya nəticəsində alimin sianidlə zəhərləndiyi müəyyənləşdirilib.

Agentlərin adları heç vaxt açıqlanmayacaq

Sənədlər arasında kəşfiyyatçıları şəxsi sənədləri və fotoşəkilləri var. Lakin Almaniya və Qərbin gizli məlumatlarını SSRİ komandanlığına ötürən əcnəbi infprmatorların adları heç vaxt açıqlanmayacaq. Hərbi kəşfiyyatda işləyən mənbələrin adları məxfi məlumatlardır. Digər tərəfdən, onların bəzilərinin adları nə Qərb ölkələrinin, nə də Almaniya, İtaliya və Yaponiyanın əks-kəşfiyyatı tərəfindən heç vaxt çəkilməyib.

Eyni zamanda II dünya müharibəsi başa çatdıqdan sonra məlumat ötürən kəşfiyyatçıların bir çoxu həmin dövlətlərdə müəyyən vəzifədə uzun müddət çalışıblar. Sənədlərdə göstərilib ki, müharibə başlamazdan əvvəl vəziyyət son dərəcə gərgin olub. SSRİ ilə sərhəddə Almaniya və onun müttəfiqlərinin 5,5 milyon hərbi qulluqçusu, o cümlədən 47 mindən çox silah və minaatanı, 4 mindən çox tank və 5 minə yaxın döyüş təyyarəsi olub.

Sovet İttifaqı isə Almaniya ilə həmsərhəd ərazilərə 2,9 milyon əsgər, təxminən 33 min silah və minaatan, 14 mindən çox tank və 9 mindən çox təyyarə yerləşdirib. O dövrdə SSRİ hərbi dəniz qüvvələrində şəxsi heyətin ümumi sayı 4,8 milyon nəfər olub. Üçüncü reyx SSRİ-yə qarşı müharibəyə də tək başlamayıb.
1943-cü ilə qədər İtaliya və İspaniyadan olan könüllülərdən ibarət “Mavi diviziya” müharibədə almanların tərəfindən vuruşub, daha sonra isə Rumıniya, Slovakiya, Finlandiya, Bolqarıstan, Macarıstan və Xorvatiya da nasistlərə qoşulub. Sənədlərdə deyilir ki, SSRİ-nin müharibə zamanı insan itkiləri 22 milyon nəfərdən çox olub. Onlardan 8,7 milyon hərbçi, 13,5 milyonu isə mülki şəxsdir. Eyni zamanda Almaniya ordusu 7,1 milyon hərbçisini itirib.

İlkin Nəcəf

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Mart 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri