“Hizbullah” Müctəba Xameneiyə beyət etdi Ali rəhbər cavab verdi
Icma.az bildirir, Modern.az portalına istinadən.
İranın ali lideri Müctəba Xamenei Livandakı “Hizbullah” hərəkatının baş katibi Şeyx Naim Qasım və livanlı müqavimət döyüşçülərinin göndərdiyi sədaqət məktubuna rəsmi cavab verib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Xamenei “Hizbullah”ın komandirləri və döyüşçülərinin qətiyyətini yüksək qiymətləndirib.
“Hizbullah”ın Müctəba Xameneiyə sadiqliyini təsdiqləyən beyət məktubuna cavab olaraq, ali rəhbər hərəkatı İsrailin "vəhşi təcavüzünə" qarşı "sarsılmaz qaya kimi" dayandıqlarına görə alqışlayıb.
O, vurğulayıb ki, İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin müəyyən etdiyi siyasətə uyğun olaraq, İslam Respublikası Livanın "məzlum, lakin güclü mücahidlərinin" müdafiəsini özünün strateji mandatı hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 27 İyul 2026 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















