Icma.az
close
up
RU
Hökumə Əliyevanın adı əbədiləşdirilir (VİDEO)

Hökumə Əliyevanın adı əbədiləşdirilir (VİDEO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Qazaxıstanda Azala məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökumə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb.

Zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı Arlan maşınlarında "By Hokumə Aliyeva” seriyası təqdim edilib. Görüntü ötən il dekabrın 25-nə, səs isə Hökumə Əliyevaya məxsusdur. Bütün dünyaya səs salan qəza nəticəsində 38 nəfər həlak oldu. Faciə Qazaxıstan üçün isə ikiqat zərbə idi, çünki hadisə zamanı təyyarədə olan vətəndaşlarından heç biri xilas olmadı. Qəzadan sağ çıxanların olması "möcüzə” adlandırıldı. Bu möcüzəni yaradanlar da məhz ekipaj üzvləri, onların peşəkarlığı idi.

Həmin möcüzənin müəlliflərindən biri də baş bələdçi Hökümə Əliyevadır. Milli Qəhrəmanımızın adı hər yerdə qürurla vurğulanır və qadın gücünün, cəsarətinin, şücaətinin rəmzi kimi qarşılanır. Qazaxıstanda zirehli texnikanın istehsalı və silah sistemləri mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkətin qurucusu Aybek Barısov da bundan ilhamlanaraq məşhur "Arlan” zirehli maşınlarında "BY HOKUMA ALIYEVA” seriyasını təqdim edib.

Aybek Barısov - "Kazakhstan Paramount Engineering və Weapon Systems Engineering” şirkətinin qurucusu: Gördüyünüz avtomobil əslində Müdafiə Nazirliyi üçün hazırlanmışdı. Bizim Müdafiə Nazirliyimiz bu avtomobili BMT-nin sülhməramlı missiyası üçün Qolan Yüksəkliklərinə göndərib. O vaxt biz düşündük ki, bu zirehli təcili tibbi yardım maşını olmalıdır. Təyyarənin salonunda lentə alınanları hamımız gördük və Hökümə Əliyevanın peşəkarlığına heyran qaldıq.

Onun vəzifəsini o an belə qorxmadan icra etməsini heyrətlə izlədik. Bu hərbi avtomobilin əsas funksiyası həyatı xilas etməkdir, buna görə də başqa heç nə ağıla gələ bilməzdi. Çoxfunksiyalı avtomobilin adı Arlandır. Hərbi təkərli avtomobildir, amma tibbi funksiyaları olanlar Hökümə Əliyeva adı ilə istehsal olunacaq. Hərbi avtomobilin üzərində xüsusi işləmə ilə Hökümə Əliyevanın adı həkk olunub.

"Arlan" zirehli maşınlarının uzunluğu 6,5 m, gövdə eni 2,66 m və hündürlüyü (damda, silah nəzərə alınmadan) – 2,75 m, yükdaşıma tutumu - 13,5 tondur. Zirehli avtomobilin sürəti saatda 100 km-ə çatır. Tam ötürücülü şassi müxtəlif maneələrin aradan qaldırılmasını təmin edir. Çətin relyefli və dağlıq ərazilərdə hərəkət edə və müxtəlif maneələri, o cümlədən 1,2 metr dərinlikdə çayı keçə bilir. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsində də bu nəqliyyat vasitələri böyük rol oynayıb. 

Bu maşınlar Azərbaycana Marauder adı ilə çatdırılmışdı. Marauderin 60 ədədini göndərmişdik, yanılmıramsa, 30-dan çoxu aktiv istifadə edilirdi. Hətta bu maşınların tank əleyhinə minalarda itki vermədən partlamasına dair görüntülər də var idi. O baxımdan bu maşınlar çox dayanıqlıdır. Konstruksiyası MRAT-dır, yəni çox yüksək mina və ballistik qorunması var.

Avtomobil 12,7 mm-lik qüllələrdən qorunur. Maşının alt hissəsi V-şəkillidir, 8 kq trotil ekvivalenti olan partlayıcı qurğunun partlamasına qarşı dözümlüdür. Hətta təkər belə eyni miqdarda partlayıcı maddə tətbiq edildikdə partlayışa dözə bilir. Şirkətin qurucusu məhz bu dözümlülüyünə görə avtomobilə iradəsi, qorxmazlığı və cəsarəti ilə fərqlənən Hökümə Əliyevanın adını verib. Deyir qoy Hökümə Əliyeva qəhrəmancasına həyatları xilas etdiyi kimi, bu avtomobil də onun mərdliyinin nümunəsi kimi bu missiyanı yerinə yetirsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Mart 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri