Hökumə Əliyevanın ailəsi və Aleksandr Kalyaninovun anası Aktauya getdi
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninov və baş bələdçi Hökumə Əliyevanın yaxınları Qazaxıstanın Aktau şəhərinə gedib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bu barədə H.Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onun sözlərinə görə, məqsəd hadisə yerini ziyarət etməkdir:
"Dünən axşam saatlarında Qazaxıstana gəlmişik. Mən, atam və Hökumə xanımın yoldaşı hadisənin baş verdiyi ərazini ziyarət edəcəyik. Bizimlə yanaşı Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova da gəlib. Ziyarət edib bir gün sonra vətənə dönəcəyik".
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 24 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















