Hökümənin ailəsinin pul vəsaiti ilə bağlı “Kapital Bank”dan yeni açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, “Kapital Bank” tərəfindən dərhal araşdırma başlanılıb və həmin şəxslər müəyyən edilərək oğurlanan pullar geri qaytarılıb.
“Qafqazinfo” xəbər verir ki, “Kapital Bank” vəsaitin necə geri qaytarılması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bank vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib:
“Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















