Icma.az
close
up
RU
Hökümənin qəhrəmanlığını əbədiləşdirən sərnişin danışdı O olmasaydı... FOTO

Hökümənin qəhrəmanlığını əbədiləşdirən sərnişin danışdı O olmasaydı... FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sübxonkul Rəhimov dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsinin qəzaya uğrayan sərnişinlərindən biridir.

Tacikistan əsilli bu şəxs 24 ildir Rusiyada yaşayır və orada vətəndaşlıq alıb.
Qəza ərəfəsində təyyarənin göyərtəsindən çəkilib yayılan videoda Sübxonkul Rəhimov uca səslə Allaha dua etməsi və kəlmeyi-şəhadət oxuması ilə yadda qalıb.
Yəqin ki, onun əks olunduğu videokadrlar sosial şəbəkələrdə çoxlarının qarşısına çıxıb.
Sübxonkul Rəhimov qəzadan yüngül xəsarətlərlə sağ qurtulan 29 nəfərdən biridir.
Həmin videonu mobil telefonu ilə Sübxonkul Rəhimovun elə özü çəkib. Və bu video sayəsində azərbaycanlı stüardessa Hökümə Əliyavanın qəhrəmanlığını ictimailəşdirb, onu bütün dünyaya tanıdıb.
Yəqin ki, Sübxonkul Rəhimov “Allahu Əkbər!” deyib həmin videonu çəkməsəydi, heç kim Hökumənin qəhrəmanlığına bu qədər yaxından şahid olmayacaqdı. Bəlkə də sərnişinlərdən kimsə Hökümənin şücaətindən şifahi olaraq bəhs edəcəkdi. Amma onun “Hər şey yaxşı olacaq!” nidası indiki kimi yaddaşımızda qalmayacaq, qulaqlara səslənməyəcəkdi…
Bütün bunlara görə məhz Sübxonkul Rəhimova minnətdarlıq etməyə dəyər. Nə yaxşı ki, bu adam həmin anları lentə almaqla Hökümə Əliyevanın qəhrəmanlığını yaddaşımızda əbədiləşdirdi…

Tacik əsilli sərnişin təyyarənin qəzaya doğru irəliləməsini anban təsvir edib.
O, AZAL-ın təyyarəsinin qəzaya uğramasından əvvəl baş verən hadisələrdən, habelə qəza vəziyyətində olan təyyarənin sərnişinlərinə kömək edən ekipajın qəhrəmanlığından danışıb.


“O ana qədər mürgüləyirdim, sonra hiss etdim ki, təyyarə yüksəlir. Gözlərimi pəncərənin şüşəsindən açıb aşağıya doğru baxdım, duman olduğunu gördüm, başqa heç nə görünmürdü. Belə başa düşdüm ki, indi yəqin ki, təyyarəmiz ikinci dövrəni vurur və biz eniş edəcəyik”.
Sübxonkul Rəhimov deyib ki, hava gəmisinin kapitanının manevrləri onu ikinci dəfə təyyarəni endirməyə çalışacaqlarını düşünməyə vadar edib:

“Bu mənim təxminimdir, mən sizə aşağıda Qroznı şəhərinin olub-olmadığını dəqiq deyə bilmərəm, çünki mən bunu görmürdüm”.

Onun sözlərinə görə, sonra partlayış səsi eşidilib və silkələnmə nəticəsində təyyarədəki oksigen maskalarının bir qismi yerə düşüb. O, həmçinin panel triminin zədələndiyini də qeyd edib.
“Təyyarə şiddətlə silkələndi, sonra yüksəlməyə başladı”, – deyən sərnişin bunun xeyli davam etdiyini bildirib.
Sözlərinə davam edən Sübxonkul Rəhimov deyib ki, bir qədər sonra təyyarə daha aşağıdan uçmağa başlayıb:
“Bir müddət sonra hava aydınlaşdı və dəniz göründü, amma təyyarə nədənsə qeyri-münasib uçmağa başladı”.

Zərərçəkənin dediyinə görə, həmin anda ona elə gəlib ki, partlayış səsindən sonra təyyarə idarəolunmaz hala düşüb, sanki “asılıb yellənir”

“Ardınca hiss etdim ki, təyyarə çətinliklə də olsa idarə olunmağa başladı”, – S.Rəhimov hadisələrin gedişini təsvir edib.

O deyib ki, həmin anlarda təyyarədəki sərnişinlər çox narahat idilər və artıq hamı başa düşməyə başlamışdı ki, bu, onların həyatlarının son dəqiqələri ola bilər…
…Və o dəqiqələrdən Sübxonkul Rəhimov dualar oxumağa, kəlmeyi-şəhadət gətirməyə başlayıb, daha sonra oturduğu kresloda namaz qılıb.

Sərnişinin sözlərinə görə, təyyarə qəza enişi edərkən əmələ gələn partlayış və zərbənin dalğası onu oturduğu yerdən xeyli geri atıb, başına zərbə dəyib, amma huşunu itirməyib.
“Gözlərimin önündə bir yanğın xatırlayıram, bir növ sarı alov var idi, sonra bir neçə saniyə keçdi, hər şey sakitləşdi, mən sağ qalmağımdan şoka düşdüm”, – deyə S.Rəhimov aviagəminin qəzaya uğramasından sonrakı faciəli anları xatırlayıb.
Onun sözlərinə görə, təyyarənin quyruğu yerə dəyərkən zərbə onu xeyli uzağa atıb. Həmin anadək Rəhimov təyyarənin arxa hissəsində 39-cu oturacaqdakı yerdə əyləşibmiş.


Sübxonkul Rəhimov azərbaycanlı stüardessanın (Hökümə Əliyeva-red.) iradə və əzmindən də danışıb. Onun sözlərinə görə, stüardessa vəzifə borcunu axıra qədər məharətlə yerinə yetirdi, sərnişinləri sakitləşdirməyə çalışdı, dözümlülüyü və özünə nəzarəti itirmədi, küncdə-bucaqda gizlənmədi, sızıldamadı:
“O, özünü çox yaxşı aparırdı, stüardessanın səsi mənim çəkdiyim videoda eşidilir. O, azərbaycanca danışır, hamını sakitləşdirməyə çalışır, hər şeyin yaxşı olacağını deyirdi. O, hər şeyi təlimatlara uyğun olaraq, ən son detalına qədər etdi. Bu stüardessa son ana qədər salondakı insanları panikaya düşməməyə çağırdı, son ana qədər…”.

S.Rəhimov deyib ki, onun çəkdiyi kadrlarda stüardessanın üzü görünməsə də, səsi eşidilir, həmin xanım azərbaycanca deyir ki, hamı sakit olsun, yerində otursun, ara keçiddə dayanmasın, kəmərini bağlasın:
“Mən onun göstərişinə itaət etdim və kreslonun söykənəcəyinə sıxıldım”, – Sübxonkul Rəhimov deyib.



Qəzadan bir neçə dəqiqə sonra S.Rəhimov təhlükəsizlik kəmərindən azad olub. Özünün dediyi kimi, ətrafda qarışıqlıq yaranmışdı, kimsə inildəyir, kimsə ayağa qalxıb özbaşına qəza yerindən çıxmağa çalışırdı.
Tacik sərnişin deyib ki, qəzadan sonra sağ qalan digər xanım stüardessanın yaralandığını, bələdçi kişinin isə qeyri-müəyyən vəziyyətdə olduğunu və çətinliklə danışa bildiyini müşahidə edib:

“Mən onlardan soruşdum ki, burada ehtiyat çıxış varmı, onun yerini göstərin ki, açaq. Salonu duman bürümüşdü, onlar hələ özlərinə tam gəlməmişdilər və mən cavab ala bilmədim”.

Sübxonkul Rəhimov deyib ki, daha sonra o, kresloda düşüb qalan və inildəyən iki qadına kömək etməyə çalışsa da, bacara bilməyib… Az sonra hadisə yerinə təcili yardım gəlib.
O, həmçinin Qazaxıstanın hadisə yerinə çatan xilasetmə briqadalarının operativliyinə, xəsarət alan sərnişinlərə yardımın vaxtında təşkilinə görə minnətdarlığını bildirib. / Modern.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri