Hollivudda tarixi razılaşma 110 milyardlıq nəhəng şirkət quruldu
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Paramount” şirkəti “Warner Bros. Discovery”ni təxminən 110 milyard dollarlıq sövdələşmə ilə satın alıb.
“Qafqazinfo” xarici BBC-yə istinadən xəbər verir ki, razılaşmanın tamamlanması ilə Hollivudda “Skydance” adlı yeni nəhəng media şirkəti yaranıb.
Yeni şirkətin tərkibinə “Paramount Pictures” və “Warner Bros.” kinostudiyaları ilə yanaşı, HBO Max, Paramount+, CBS və CNN də daxil olub.
Bununla “Harry Potter”, “Mission: Impossible”, “Top Gun”, “The Godfather” və DC kimi məşhur layihə və franşizalar eyni şirkətin nəzarətinə keçib.
Şirkətə milyarder David Ellison rəhbərlik edəcək. “Mattel”in keçmiş baş direktoru Ynon Kreiz isə onunla birlikdə həmsədr və həmsədr icraçı direktor vəzifəsini icra edəcək.
“Skydance” növbəti illərdə ildə ən azı 30 film istehsal etməyi planlaşdırır.
Bu razılaşma Hollivud tarixinin ən böyük media birləşmələrindən biri hesab olunur.
Baxış sayı:125
Bu xəbər 06 Oktyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















