Icma.az
close
up
RU
Azərbaycanda bütün QHT lər yenidən qeydiyyatdan keçəcək

Azərbaycanda bütün QHT lər yenidən qeydiyyatdan keçəcək

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar.

Gununesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, layihəyə əsasən, qeyri-hökumət təşkilatının nizamnaməsində əmlak və vəsaitlərinin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarətin həyata keçirilməsi qaydası, bu nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri, habelə terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alınması, toplanılması, verilməsi və ya köçürülməsi zamanı risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsü müəyyən edilməlidir.

Layihəyə əsasən, QHT-lərin növləri müəyyənləşir və yalnız bir növdə yaradıla bilərlər.

Məhz bunlarla əlaqədar keçid müddəalar olacaq.

Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları bu qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

Bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış, bağladıqları sazişin qüvvədə olma müddəti bitmiş və ya sazişi olmayan xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəlikləri bu qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində bu sazişin bağlanması və ya sazişin qüvvədə olma müddətinin uzadılması ilə bağlı tədbirlər görüb, yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.

Müəyyən edilmiş müddətdə yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etməmiş və ya dövlət qeydiyyatına alınmasından imtina edilmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul ediləcək və müvafiq icra hakimiyyəti orqanı ləğv edilmələri üçün məhkəməyə müraciət olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri