Icma.az
close
up
RU
Hörmət və izzət özü də onlarla bərabər pensiyaya çıxır Orxan Saffari yazır...

Hörmət və izzət özü də onlarla bərabər pensiyaya çıxır Orxan Saffari yazır...

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda sənətçilərin ən pis dövrü qocaqlıq dövrüdür. Nədənsə, sənətlə məşğul olan insanlarımız qocalan kimi ya pis-pis hərəkətlər edir, ya da pis-pis şeylər danışırlar. Bu isə onların illər uzunu yığdığı reputasiyanı yerlə bir edir, hörmət və izzət özü də onlarla bərabər pensiyaya çıxır.

Uzaq keçmişə getməyə ehtiyac yoxdur. Bu yaxınlarda Azərbaycan xalçaçılıq tarixi ilə şəxsi problemləri olan Alim Qasımov da toyların birində guya rep dedi.

Əvvəla, dediyi heç rep də deyildi. Üstəlik, deyəsən, kimsə onu möhkəm aldatmışdı ki, Alim müəllim, verin xalçanızdan öpüm, vallah, əyləncəlidir, yaxşı alınır sizdə. Alim Qasımov da incidi, usanmadı, özünü rep aləmindən təzədən sınamağa çalışdı.

Adam əlinin qoya qulağının dibinə, ağzını aça göyə, paralic vurmuş göyərçin kimi də başını yellədə-yellədə deyə ki, yaaaun yaaaaun yaaaar, eydaaaad, neynirsən, Alim müəllim?

Bir anın içində bir xırda hoqqa göstərdi ki, sən demə, bu illər ərzində Alim Qasımovun yenilik adına etdiyi nə varsa, şoudan başqa bir şey deyilmiş.

Bəlkə də, Alim Qasımov indi də özündə də uçan xalçada muğam oxumağının həzzini yaşayır, elə bilir, babat iş tutub.

İllərdir ki, özünü yerlə-göylə əlləşən göstərir, zahid olduğunu düşünür. Özündən soruşsan, dərviş zad olduğunu da deyə bilər. Olar, şəxsən mən Alim Qasımovdan bu dəqiqədən sonra hər şey gözləyirəm, onu da deyər.

Söz yox ki, onun səsi yaxşıdır, incəvəvara boğaz zad edə bilir, maraqsız deyil, səsini tanımaq olur. Yaaaaaaaahaaaaarrr.

Ancaq bunun fonunda etdiyi hər şey ucuz şoudur. Başqa adı yoxdur, hər şeyi öz adı ilə çağırmaq lazımdır.

Bəs yaxşı, belə həqiqi sənət olar? Alim Qasımova da hər şeyə rəğmən sənətkar deyək, Hacıbaba Hüseynova, Yaqub Məmmədova, Cabbar Qaryağdıoğluya da?

Üstəlik, bu kimi şeylərə görə də muğam az-çox yaxşı olan mahiyyətini itirib.

İndi müasir musiqi fonunda muğam tamamilə sönük qalır. Xüsusilə sənət adına şou göstərmək Muğamın anasını ağlar qoyub.

Nə edir indi muğam? Muğamımızı zirvələrə qaldıraq deyəndə demirdik ki, apar çıxart xalçanın üstünə.

Ümumiyyətlə, artıq bir sənət insanı azad etmirsə, onu düşünməyə məcbur etmirsə, sadəcə kövrəldib susdurursa, o sənət deyil.

Muğam isə insan emosiyalarını şantaj edir.

Muğam onu dinləyən adamdan düşünməyi yox, kövrəlməyi tələb edir. Buradakı göz yaşı da estetik hadisə deyil, məcburiyyətdir.

Muğam insanı dərinləşdirmir, onu yerində fırladır. Eyni ağrı, eyni inilti, eyni səs diapazonunda sürünən melodiyalar…

Muğam Azərbaycan musiqi mühitində dominantlıq sindromu yaradıb. O qədər şişirdilib ki, başqa janrlar ya “yüngül”, ya “qeyri-milli”, ya da “dəyərsiz” elan olunur. Bu, sənət mühitində sağlam rəqabət yox, monopoliyadır.

Muğam tələdir.

Muğam artıq sənət deyil, status alətidir. Kim oxuyursa, avtomatik “dərin”, “kökə bağlı”, “müdrik” sayılır.

Muğam müasir insanın suallarına cavab vermir. O bu günün ağrısını ifadə etmir, bu günün dilində danışmır. Sadəcə dünənin səsini bu günün qulağına zorla pıçıldayır. Bu pıçıltı isə çoxdan mənasını itirib.

Muğam elə bir sənətdir ki, adamın xoşuna ancaq yaşlananda, əlin hər şeydən üzüləndə gəlir. Kişilər daha çox cinsi həyatları ilə vidalaşmağa başlayanda keçirlər muğama qulaq asmağa ki, tay özləri də yatsın. Bu mənada, qadınlar daha müdrikdir. Muğama zada da qulaq asmırlar, qəti veclərinə deyil. Səhər-axşam muğama qulaq asan kişinin də başını buraxırlar ki, dəəən bu öldü.

Görünür, muğamı yalançı müqəddəslikdən xilas etmək lazımdır. Belə getsə, muğam da olacaq meyxananın bir tayı.

İndiki vəziyyətdə isə dəmirbarmaqlıqlar arxasında olan Rəşad Dağlı xalçanın üstündə bardaş quran Alim Qasımovdan min dəfə istedadlı adamdır. Ən azından, sənəti ilə bağlı şoumenlik etmir, ciddiyyətini qoruyub.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri