Icma.az
close
up
RU
Qədəmi də özü kimi xoş olan Xoşqədəm Orxan Saffari yazır...

Qədəmi də özü kimi xoş olan Xoşqədəm Orxan Saffari yazır...

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanlıların bəzən və bəzi şəxslərə qarşı tənqidlərində haqlı məqamlar olsa da, əsasən əsassız, hədəfi düz seçilməyən tənqidlər də çox olur. Məsələn, nədənsə, çox adam Azərbaycan efirinin kraliçası, qadın aparıcıların xanım-xatunu olan Xoşqədəm Hidayətqızını pisləyir. Sən demə, guya hər şey yaxşıdır, Azərbaycan efirini də Elgiz Əkbərlə Xoşqədəm Hidayətqızı pis günə qoyur.

Əslində, televiziyalardakı verlişləri, daha dəqiq, Xoşqədəmləri, Zaurları tənqid etmək də bir qədər faydasızdır. Adətən, efirlərdə “Bu cür verilişlər insanların əxlaqını pozur” deyən adamların ya əxlaq anlayışı qıt olur, ya da ümumiyyətlə, bu kimi məsələlərdən xəbəri. Məsələn, Xoşqədəm bir xalqın əxlaqını necə poza bilər? Doğrudanmı, bir xalqın əxlaqı şou ilə pozulacaq qədər yoxdur?

Əvvəla, müasir dövrdə demək olar, heç bir azyaşlı telekanallara baxmır, baxsa da, bu, mütəmadi hal almır və məişət məsələləri göstərilən proqramları da görmürlər. Sözsüz, bu və bu kimi məsələlərə ancaq sosial şəbəkədə rast gəlirlər ki, bundan da heç bir halda yan keçmək mümkün deyildir. Belə çıxır, Xoşqədəmlər, Zaurlar ona baxan yaşlı insanların əxlaqını pozur? O, necə bir əxlaqdır, hansısa çal-çağır, məişət hadisəsi ilə pozulacaq?

Reytinq, qazanc, tələbat və.s kimi məsələləri nəzərə alsaq, bu tip verilişlər də normaldır, olmağında xüsusi problem yoxdur. Onsuz da, efirlərdə olan hadisələri hamı necəsə, haradasa görür, bilir. Azərbaycan kanalları nisbətən az olsa da, başqa səviyyəli verilişlər də təqdim edir. Bəs onlara baxmağa qadağını kim qoyur,  Xoşqədəm?

Bütün hallarda isə yaradıcı tərəfdən baxılsa, əslində, bu tip verilişlər olduqca maraqlı, fərqli, super həyat hekayələri ilə müzakirə gündəminə əlavə rəng qatır. Ümumiyyətlə, bu kədərli, əzablı dünyada qudanın qudaya qoşulub qaçması kimi sevgi hadisəsindən xəbərdar olmaq, birmənalı şəkildə möhtəşəm hissdir.

Xoşqədəm Hidayətqızı ciddi jurnalistika məktəbi keçmiş adamdır.

Onun “Üç nöqtə” qəzetinin fəaliyyəti Azərbaycan jurnalistikasının ayrılmaz, danılmaz bir parçasıdır.

Adama elə gəlir ki, onun verilişlərini tənqid edən adamlar o qədər ciddidir, Xoşqədəm xanımın yerində olsalar, ən aşağı edəcəyi söhbət kvant fizikası olacaq.

Bəs bu xalqa Xoşqədəm yox, başqa kim lazımdır?

Əgər Xoşqədəmi sevmirlər, bəyənmirlərsə, niyə ona baxırlar, reytinqi qaldırırlar?

Təlabat olmasa, Xoşqədəm olarmı?

Bu dəqiqə ölkədə ağzı olan hamı elə bilir ki, hər şey danışa bilər.

Məsələn, Azərbaycan efirində Xoşqədəm Hidayətqızı da olmayacaqsa, kim olacaq? Nə qədər peşəkar aparıcı var ki, onu əvəz də eləsin?

Xoşqədəm Hidayət qızının özünü xüsusi tamaşaçısı var. Bunu yarada bilmək, əslində, asan iş deyil.

Bəzən elə bilirik ki, efir yalnız intellektual eksperimentlər üçün yaradılıb, guya televiziyada danışılan hər cümlə akademik tribunalardan çıxmalıdır. Amma televiziya xalqın aynasıdır. Xalqın dərdi də var, itkisi də, göz yaşı da, ümidə möhtac olan minlərlə taleyi də. Xoşqədəm Hidayətqızının gücü də məhz buradadır. O, studiyaya yalnız kamera və işıq daşımır, ora insan talelərini, yarımçıq qalmış həyat hekayələrini, illərlə boğazda düyün olmuş sözləri gətirir.

Onun verilişləri bəzən bir evin yas yerinə çevrilir, bəzən toyuna. Bir küncdə ağlayan ana, digər küncdə illər sonra tapılan övlad. Bu, süni emosiyalar deyil, ssenari ilə yazılmış teatr deyil. Üstəlik, onun verilişlərindəki teatrallıq bu dəqiqə Azərbaycan teatrlarından daha yaxşıdır.

Əsl məbəddir.

Onu tənqid edənlər çox vaxt bir şeyi görmürlər: belə verilişləri aparmaq üçün təkcə peşəkarlıq yox, güclü sinir sistemi, empati qabiliyyəti, insan ağrısına dözmək bacarığı lazımdır. Hər gün onlarla faciəni dinləmək, hər gün itkin, xəyanət, ölüm, ayrılıq hekayələri ilə üz-üzə qalmaq asan deyil. Hər kəs buna tab gətirə bilməz.

Xoşqədəm Hidayətqızı isə illərdir bu yükü daşıyır:nə səsini qaldıraraq, nə də tamaşaçıya yuxarıdan baxaraq.

Bu mənada, Xoşqədəm Hidayətqızı mediamızın, efirimizin timsalında həm də xalqın simasıdır.

Bəs başqa vaxt deyirlər ki, xalq nəyə layiqdirsə, necədirsə, onu da o cür idarə edirlər?

Belə deyilsə, Hidayətqızı pislənilirsə, problem nədədir?

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri