Icma.az
close
up
RU
Hörmüz boğazı böhranının qlobal təhdidləri

Hörmüz boğazı böhranının qlobal təhdidləri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran və ABŞ arasında artan qarşıdurma fonunda Hörmüz boğazının bağlanması ehtimalı gündəmin əsas mövzularından birinə çevrilib. Qlobal nəqliyyat sistemində mühüm yer tutan Hörmüz boğazında mümkün fasilə enerji resurslarının daşınmasına və dünya bazarlarına ciddi təsir göstərə bilər.

Coğrafi mövqeyinə görə Hörmüz boğazı Yaxın Şərqdə, Fars körfəzi ilə Oman körfəzi arasında yerləşir. Şimaldan İran, cənubdan isə Oman və Birləşmiş Ərəb Əmirlikləri əhatə olunub. Bu boğaz həm regional, həm də qlobal enerji ticarəti üçün həyati önəm daşıyır. Hörmüz boğazı qlobal xam neft axınının mühüm hissəsinin daşınmasında strateji əhəmiyyət daşıyır. Əsas enerji ixracatçıları olan Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İran neft və qaz ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaq üçün bu su yolundan istifadə edirlər.

Eyni zamanda, mayeləşdirilmiş təbii qazın (LNG) daşınmasında da boğaz əsas tranzit marşrutu rolunu oynayır. Hörmüz boğazında hər hansı bağlanma və ya silahlı qarşıdurma enerji qiymətlərinə təsir etməklə yanaşı, qlobal ticarət axınlarını və iqtisadi sabitliyi də risk altına sala bilər. Belə bir vəziyyət neft bazarında kəskin qiymət artımı və təchizat zəncirlərində genişmiqyaslı pozuntular ehtimalını gücləndirir.

Qeyd edək ki, dünyanın ən böyük nüvə enerjili təyyarədaşıyan gəmisi olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Gerald R. Ford aviadaşıyıcısı ABŞ-ın hərbi mövcudluğunu gücləndirmək məqsədilə Körfəz istiqamətində hərəkətə keçib. Bu addım 2003-cü ildə İraqa müdaxilədən sonra Vaşinqtonun bölgədə həyata keçirdiyi ən genişmiqyaslı hərbi yerləşdirmələrdən biri kimi qiymətləndirilir. Sözsüz ki, ABŞ-ın burada əsas hədəfi İrandır. ABŞ hazırda İran ətrafında, xüsusən də Şərqi Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzində əhəmiyyətli dərəcədə dəniz və hava qüvvələrinə malikdir.

Rəsmi Tehran isə mümkün ssenarilərə hazır olduğunu nümayiş etdirmək istəyir. Ötən günlərdə İran Fars körfəzini açıq dənizlərlə birləşdirən Hörmüz boğazının bəzi hissələrinin müvəqqəti bağlandığını elan etmiş, döyüş atışlı hərbi təlimlər keçirmişdi. Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri “Hörmüz boğazının ağıllı idarə olunması” adlı təlim çərçivəsində ilk dəfə “Sayyad 3-G” raketini buraxıb. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.

Ekspertlər hesab edirlər ki, bu addımlar Vaşinqtonun təzyiqlərinin davam edəcəyi təqdirdə iqtisadi rıçaqlardan istifadə olunacağına dair açıq mesajdır. Baş verənlər regionda mümkün eskalasiyanın qlobal enerji bazarlarına və maliyyə sisteminə sürətlə təsir göstərə biləcəyini bir daha gündəmə gətirir.

Beynəlxalq hüquqa görə, dövlətlər sahil xəttindən 12 dəniz mili (22 km) məsafədə suverenlik hüququnu həyata keçirə bilirlər. Boğazın ən ensiz nöqtəsində Hörmüz boğazı və müəyyən edilmiş gəmiçilik zolaqları İran və Omanın ərazi sularına düşür. Bu amil Tehrana mühüm geosiyasi üstünlük verir. Hər ay təxminən 3 min gəmi bu marşrutdan keçir və mümkün gərginlik ssenarilərində İranın sürətli hücum qayıqları, sualtı vasitələr və dəniz minalarından istifadə edə biləcəyi istisna edilmir.

Coğrafi baxımdan Hörmüz boğazı İranın şimal sahilləri ilə Omanın və BƏƏ-nin cənub sahilləri arasında yerləşir və körfəzi Ərəbistan dənizi ilə birləşdirən yeganə dəniz keçididir. Giriş və çıxış hissəsində eni təxminən 50 kilometr, ən dar nöqtəsində isə 33 kilometrdir. Buna baxmayaraq, bu su yolu dünyanın ən iri neft tankerlərini qəbul edir və regionun əsas enerji ixracatçıları ilə idxalçı ölkələri üçün həyati əhəmiyyət daşıyır.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2024-cü ildə boğazdan gündəlik təxminən 20 milyon barel neft daşınıb. Bu göstərici illik enerji ticarətində təxminən 500 milyard dollarlıq dövriyyəyə bərabərdir. Xam neft əsasən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dən ixrac olunur. Uzunmüddətli fasilə həm istehsalçı, həm də idxalçı iqtisadiyyatlara ciddi zərbə vura bilər.

Boğaz mayeləşdirilmiş təbii qaz daşımalarında da mühüm rol oynayır. 2024-cü ildə qlobal LNG ticarətinin təxminən 20 faizi bu marşrutun payına düşüb və əsas həcmi Qətər təmin edib. Hesablamalara görə, boğazdan keçən xam neft və kondensatın 84 faizi, LNG həcmlərinin isə 83 faizi Asiya bazarlarına yönəlib. Çin, Hindistan, Yaponiya və Cənubi Koreya ümumi axının 69 faizini təşkil edir və onların enerji təhlükəsizliyi bu marşrutdan yüksək dərəcədə asılıdır.

Mütəxəssislər qeyd edirlər ki, Hörmüz boğazının uzunmüddətli şəkildə bağlanarsa praktik və geosiyasi baxımdan ciddi çətinliklər yaradar. Bu keçidi tam şəkildə dayandırmağa cəhd edən hər hansı tərəf beynəlxalq ictimaiyyətin geniş təzyiqi ilə üzləşə bilər. Qlobal mayeləşdirilmiş qaz ticarətinin təxminən 20 faizi, dünya üzrə neft axınının isə 18–20 faizi bu marşrutdan keçir. Boğazın bağlanması enerji bazarlarında kəskin dalğalanmalara və təchizat zəncirində genişmiqyaslı disbalansa səbəb ola bilər.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri