Icma.az
close
up
RU
Hörmüz böhranının açarı

Hörmüz böhranının açarı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


ABŞ-nin Hörmüz boğazında hərbi blokada tətbiq etməsi ilə qlobal enerji və logistika sistemində yeni reallıq yaradıb. Artıq bu böhran təkcə İran və Körfəz ölkələrinin problemi deyil, eyni zamanda Avropa, Asiya və Yaxın Şərqin enerji təhlükəsizliyi, təchizat zənciri və yük daşımaları üçün fundamental risk mərhələsinə keçib. Hörmüzdən ilk tankerlərin geri dönməsi böhranın real iqtisadi təsirlərini dərhal nümayiş etdirdi.
Məhz bu şəraitdə Xəzər hövzəsi və xüsusən Azərbaycan alternativ enerji, tranzit və logistika arxitekturasının mərkəzi halqasına çevrilir. Dünya artıq yalnız dəniz yollarına güvənməyin nə qədər təhlükəli olduğunu görür. Qırmızı dəniz, Süveyş, Hörmüz və Şimal marşrutlarında risklərin artdığı bir dövrdə etibarlı quru bağlantıları strateji prioritetə çevrilib. Bu isə Azərbaycanın rolunu sadəcə regional deyil, qlobal miqyasda yüksəldir.
Azərbaycan: Şərqlə Qərbi birləşdirən təhlükəsiz geosiyasi körpü
Bu gün Azərbaycan Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən ən təhlükəsiz və sabit bağlantı mərkəzi rolunu oynayır. Xüsusən Hörmüz və Yaxın Şərqdə gərginlik artdıqca, yük axınlarının daha riskli dəniz marşrutlarından quru dəhlizlərinə yönəlməsi qaçılmaz olur.
Orta Dəhlizin əsas üstünlüyü onun siyasi risk baxımından daha balanslı olması, marşrutların şaxələndirilməsi imkanı yaratması, çatdırılma müddətini azaltması, Avropa üçün enerji və sənaye təhlükəsizliyi yaratmasıdır.
Son məlumatlar göstərir ki, bu marşrutla yük daşımalarının həcmi sürətlə artır və Türkiyə də məhz Hörmüz risklərinə görə Orta Dəhlizdə işləri gücləndirir. Belə bir reallıqda Azərbaycan artıq yalnız tranzit ölkə deyil, Avrasiyanın logistik sinir mərkəzi funksiyasını yerinə yetirir.
Bakının strateji çəkisini artıran əsas amil – çoxvektorlu siyasət
Bu uğurun əsasında Azərbaycan rəhbərliyinin illərlə həyata keçirdiyi çoxvektorlu və praqmatik xarici siyasət dayanır. Bakı eyni zamanda Qərblə enerji tərəfdaşlığını qoruyaraq inkişaf etdirib dərinləşdirir, Türkiyə ilə hərbi-siyasi ittifaqı gücləndirir, Mərkəzi Asiya ilə Türk dünyası platformasında inteqrasiyanı genişləndirir, Rusiya, Çin və Yaxın Şərq ölkələri ilə iqtisadi balans saxlayır. Beləliklə, Azərbaycan nə bir blokun sərt orbitinə düşür, nə də regional böhranların içində itir. Əksinə, məhz bu balanslı xətt onu “hamının istifadə edə bildiyi təhlükəsiz qapı ölkə” statusuna yüksəldib.
Şimal-Cənub, Orta Dəhliz və Zəngəzur: Azərbaycanın üç strateji dayağı
Bugünkü geosiyasi mənzərədə Azərbaycanın dəyəri yalnız Şərq-Qərb oxu ilə məhdudlaşmır. Azərbaycan eyni zamanda Orta Dəhlizin, Şimal-Cənub dəhlizinin, perspektivdə Zəngəzur dəhlizinin əsas kəsişmə nöqtəsidir. Bu da Bakıya eyni anda həm Avropanın enerji təhlükəsizliyinə, həm Mərkəzi Asiyanın ixracına, həm də Yaxın Şərqin alternativ çıxışlarına xidmət etmək kimi unikal üstünlüklər yaradır.
Əgər Körfəz ölkələri gələcəkdə Bəsrədən İraq üzərindən “İnkişaf Yolu”nu şimala bağlamaq istəsələr, ən məntiqli geoiqtisadi qovşaq yenə Türkiyə-Azərbaycan-Xəzər xətti olacaq. Bu isə Azərbaycanın yaxın illərdə Körfəz kapitalı üçün də əsas logistik tərəfdaşa çevrilməsi deməkdir.
Yaxın Şərq üçün yeni quru alternativlər və Azərbaycanın rolu
Habur–İraq–Səudiyyə xətti, Hatay–Suriya–İordaniya–Ərəbistan marşrutu və İnkişaf Yolu kimi yeni quru layihələr göstərir ki, dünya logistikasında əsas trend şaxələndirilmiş təhlükəsiz quru bağlantılarıdır.
Bu bağlantıların Avropaya və Xəzər hövzəsinə inteqrasiyası üçün ən optimal körpü isə Azərbaycandır. Çünki Xəzər keçidi hazır infrastruktur təqdim edir, Bakı limanı regionun əsas paylama mərkəzidir, Gürcüstan-Türkiyə xətti Avropaya fasiləsiz çıxış verir, siyasi sabitlik investisiya riskini azaldır.
Hörmüz böhranının ən böyük geosiyasi qazananlarından biri Azərbaycandır
Körfəzdə blokada və İran ətrafında gərginliyin artması dünyanın enerji və ticarət xəritəsini yenidən çəkir. Bu yeni xəritədə Azərbaycanın rolu sadəcə coğrafi mövqedən qaynaqlanmır; bu, illərlə qurulan strateji infrastrukturun, diplomatik balansın və çoxvektorlu dövlət siyasətinin nəticəsidir.
Bu gün Bakı faktiki olaraq Avropanın alternativ enerji təhlükəsizliyi xətti, Asiyanın Qərbə çıxış qapısı, Yaxın Şərqin şaxələndirilmiş logistika dayağı, Avrasiyanın əsas tranzit açarıdır.
Yəni Körfəz böhranı dərinləşdikcə Azərbaycanın əhəmiyyəti daha da artır və ölkə XXI əsrin yeni İpək Yolunun dəyişməz geosiyasi mərkəzi kimi önə çıxır.
Mürtəza Bünyadlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Aprel 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri