Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında edilən paylaşımda qeyd olunub.
"Hörmüz boğazından keçmək üçün bütün əsas, beynəlxalq səviyyədə tanınmış marşrutlar Amerika qüvvələri tərəfindən dəniz minalarından təmizlənib və təmizdir", - məlumatda bildirilib.
İran mətbuatında kommersiya gəmilərinin Hörmüzdə dəniz minalarına düşərək partlaması ilə bağlı iddialar yalan adlandırılıb.
CENTCOM-dan həmçinin bildirilib ki, minlərlə kommersiya gəmisi bu marşrutlardan təhlükəsiz şəkildə keçib və onlardan istifadəyə davam edir.
Daha əvvəl İran xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla gəmilərin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə dəfələrlə məlumat yayıb. Bununla yanaşı, gəmilərlə bağlı insidentlərə dair hesabatlar dərc edən Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) bir sıra hallarda belə gəmilərin naməlum mərmilərlə vurulduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 Oktyabr 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















