Hörmüz boğazı nə vaxt açılacaq? Vaşinqtondan İDDİALI AÇIQLAMA
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hörmüz boğazı 2026-cı ilin yayından gec olmayaraq açılacaq.
Moderator.az-ın CNBC telekanalına istinadən xəbərinə görə, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib.
"Hörmüz boğazından keçid mümkün olduğu zaman dərhal bərpa olunacaq, lakin ən geci bu yay olacaq", - deyə Rayt bildirib.
Nazir əmin edib ki, əgər İran qlobal iqtisadiyyatı girov saxlamağa davam edərsə, ABŞ hərbçiləri Hörmüz boğazını güc tətbiq etməklə açacaq, lakin bu, asan məsələ deyil.
"Biz bu istiqamətdə ilk addımları atmışıq, amma hərbi gücə əl atmadan saziş bağlamaq daha yaxşıdır", - deyə Kris Rayt qeyd edib.
Aprelin sonlarında İranın Ali Rəhbəri Müctəba Xamenei Tehranın Fars körfəzi və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib. Xameneinin sözlərinə görə, Tehran ABŞ-nin iştirakı olmadan təhlükəsizliyi təmin etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















