Hörmüz boğazı ilə bağlı Vaşinqtondan optimist mesaj
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ Hörmüz boğazında gəmiçilik fəaliyyətinin hərbi konvoylar olmadan tədricən bərpa olunacağını gözləyir.
Moderator.az xəbər verir ki, bunu martın 16-da CNBC telekanalına açıqlamasında ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Biz hesab edirik ki, iranlılar Hörmüz boğazını təbii şəkildə açacaqlar və hazırda bu, bizi qane edir", - deyə o qeyd edib.
ABŞ Prezidenti Donald Trampın administrasiyasının qiymətləndirməsinə görə, boğazdan keçən tanker axını ABŞ Hərbi Dəniz Qüvvələri və onların müttəfiqləri ticarət gəmilərini birbaşa müşayiət etməyə başlamazdan əvvəl də artmağa başlayacaq.
Bessentin sözlərinə görə, boğazda artıq müəyyən aktivlik müşahidə olunur. O bildirib ki, Hindistana tədarük həyata keçirən tanker gəmiləri bu marşrutu uğurla keçiblər.
Bundan əlavə, ABŞ tərəfinin məlumatına görə, bəzi Çin gəmiləri də Fars körfəzinin akvatoriyasından maneəsiz şəkildə çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 16 Mart 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















