Hörmüz boğazı açılacaq Tramp
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı müqavilənin bir hissəsi olaraq Hörmüz boğazından gəmilərin daşınmasının bərpa olunacağını və digər detalların daha sonra açıqlanacağını bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.
"Müqavilənin son aspektləri və təfərrüatları hazırda müzakirə olunur və tezliklə açıqlanacaq. Sazişin bir çox digər elementləri ilə yanaşı, Hörmüz boğazı da açılacaq", - deyə o əlavə edib.
Tramp İranla gələcək müqavilənin layihəsinin ümumilikdə razılaşdırıldığını da bildirib:
"Müqavilə əsasən razılaşdırılıb və Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və sadalanan digər ölkələr arasında yekun təsdiqə məruz qalacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 24 May 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















