Hörmüz boğazına tam nəzarət edirik, o bizimdir Tramp
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı üzərində ABŞ-ın “tam nəzarətə” malik olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Tramp Hörmüz boğazının ABŞ-a məxsus olduğunu deyib: “Hazırda Hörmüz boğazına tam nəzarət edirik. Onlar yox, biz nəzarət edirik. O, bizimdir.” O, İranın ABŞ-a qarşı hər hansı addım atacağı təqdirdə “vurulacağını” da söyləyib.
Bunun fonunda İran boğazın açılması üçün Vaşinqtona bir sıra şərtlər irəli sürüb. Tehran ABŞ-ın blokadanı və sanksiyaları dayandırmasını, dondurulmuş vəsaitlərin qaytarılmasını və müharibəyə görə kompensasiya ödənilməsini tələb edir.
Beləliklə, dünyanın əsas enerji marşrutlarından biri olan Hörmüz boğazı uğrunda ABŞ-İran qarşıdurması daha da kəskinləşir.
Səid,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 12 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















