Hörmüz boğazında gəmi vuruldu: Göyərtədə yanğın başladı
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə vurulduqdan sonra göyərtəsində yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
UKMTO bildirib ki, insidentlə bağlı ilkin məlumat sentyabrın 12-də Qrinviç vaxtı ilə saat 23:00-da daxil olub. Lakin gəminin dəqiq nə vaxt vurulduğu açıqlanmayıb. Marqarita pizza
Qurum əvvəlcə ekipajın vəziyyətinin, gəmiyə dəyən zərərin miqyasının və hadisənin ətraf mühitə mümkün təsirinin məlum olmadığını bildirib.
Sentyabrın 13-də yayılan yenilənmiş məlumatda isə UKMTO hücumdan sonra gəmidə yanğın baş verdiyini açıqlayıb.
Yerli hakimiyyət orqanlarının hadisə yerində olduğu və ekipaj üzvlərinin təxliyəsinə kömək etdiyi bildirilib.
UKMTO ərazidən keçən gəmilərə ehtiyatlı olmağı və araşdırma aparan hakimiyyət orqanlarına hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
İnsident ABŞ ilə İran arasında davam edən münaqişə fonunda ticarət gəmilərinə qarşı bir sıra hücumların baş verdiyi vaxtda qeydə alınıb. Son günlər bir neçə ticarət gəmisi Körfəzin şimalında, Oman körfəzində və İraq sahilləri yaxınlığındakı sularda hədəfə alınıb./Oxu.az
Baxış sayı:92
Bu xəbər 14 Sentyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















