Icma.az
close
up
RU
Hörmüzdən Tayvana: Çinin G20 dəki etirazının arxasında nə dayanır? ŞƏRH EDİLDİ

Hörmüzdən Tayvana: Çinin G20 dəki etirazının arxasında nə dayanır? ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində 1-2 sentyabr tarixlərində G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirildi. Görüşün diqqət çəkən tərəfi Çinin Hörmüz boğazından “azad, təhlükəsiz və proqnozlaşdırılan” keçid tələb edən mətnə qoşulmaması oldu. Digər G20 üzvləri bu müddəanı dəstəkləsə də, Pekinin etirazı səbəbindən yekun birgə bəyanat üzrə konsensus əldə olunmayıb.

Bu sözləri SİA-ya politoloq Turan Rzayev deyib.

O sözlərinə belə davam edib: “Əslində, Pekinin əsas məqsədi İranı nəyin bahasına olursa-olsun müdafiə etmək deyil. Ümumiyyətlə, Çin Hörmüz boğazının bağlanmasında maraqlı da deyil. Əksinə, dünyanın ən böyük enerji idxalçılarından biri kimi, Pekin boğazın açıq, təhlükəsiz və sabit qalmasını istəyir. İranın Hörmüz üzərindən enerji axınını təhlükəyə atması Çinin öz iqtisadi maraqlarına da zərər verə bilər.

Çin məsələyə daha geniş rakursdan baxır. Belə ki, İran Çin üçün həm tərəfdaş, həm də strateji vasitədir. Hər şeydən öncə, İranın zəifləməsi Yaxın Şərqdə Vaşinqtonun mövqelərini gücləndirə, Pekinin enerji və geosiyasi maraqlarını daha həssas vəziyyətə sala bilər. Buna görə Çin Tehranın tamamilə təcrid olunmasını istəmir. Nəticə olaraq, İrana ABŞ-İsrail birliyi ilə gərginlik çərçivəsində pərdəarxası hərbi və beynəlxalq arenada siyasi-diplomatik dəstək verir.

Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma bunun üçün yaradılan siyasi və hüquqi çərçivənin ABŞ-ın təkbaşına müəyyən etdiyi model əsasında olmasını istəmir.

Məsələnin bir də Tayvan detalı var. Çünki bu gün Hörmüzlə bağlı verilən qərar sabah Tayvan məsələsində də təkrarlana bilər. Reallıq ondan ibarətdir ki, İran böhranının bir gün bitməsi, Hörmüzün yenidən açıq və sabit vəziyyətə qayıtması mümkündür. Amma ABŞ-ın strateji boğazlarda hərbi iştirakını legitimləşdirən beynəlxalq yanaşma formalaşarsa, bu, Çinin qarşısında uzun illər qala biləcək geosiyasi reallığa çevrilə bilər.

Sadə formada desəm, Vaşinqton deyə bilər ki, beynəlxalq ticarət və naviqasiya üçün həyati əhəmiyyət daşıyan Tayvan boğazı açıq qalmalıdır və buna görə də ABŞ hərbi qüvvələrinin orada iştirakı legitimdir. Pekin məhz belə bir presedentin yaranmasını istəmir.

Göründüyü kimi, Pekin, əslində, bir növ gələcəyə investisiya edir. Bu gün İranın yanında dayanmaqla yanaşı, sabah Tayvan məsələsində öz əleyhinə işləyə biləcək presedentin yaranmasının qarşısını almağa çalışır”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri