Hörmüzə gizli daxil olmaq istəyən gəmilər partladı
Icma.az, Modern.az saytına istinadən bildirir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə çalışan iki neft tankerində partlayış və yanğın baş verdiyini bildirib.
Modern.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, gəmilər icazə verilməyən marşrutla hərəkət edib və əvvəlcədən naviqasiya və identifikasiya sistemlərini söndürüblər.
İran tərəfi tankerlərdən birinin dəniz minasına toxunaraq partladığını bildirib. Digər tankerin isə ABŞ qırıcılarının müşayiəti ilə hərəkət edərkən hadisə ilə üzləşdiyi və güclü yanğın nəticəsində dayandığı iddia olunub.
SEPAH hər iki tankerin boğazın cənub sahillərində tərk edilmiş vəziyyətdə olduğunu və yanmağa davam etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:Gəmilər Hörmüzə yaxınlaşmamalıdır SEPAH
20 İyun 2026 19:21
Yaponiya Hörmüzə hərbi gəmilər göndərməyə hazırlaşır
22 Mart 2026 12:37
“Aİ Hörmüzə hərbi gəmilər göndərməyəcək” Kallas açıqladı
16 Mart 2026 22:30
Fransa Trampı təkzib etdi Hörmüzə hərbi gəmilər göndərilməyəcək
14 Mart 2026 23:50
Trampdan ƏMR “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” FOTO
23 Aprel 2026 17:39
Baxış sayı:114
Bu xəbər 10 Noyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















