“Hörümçək Toru” dərsi: Rusiya Ukrayna dron hücumlarından qorunmağa çalışır FOTO
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ruslar “Hörümçək toru” əməliyyatını unutmayıblar və indi Ukrayna ərazisinə yaxın yerləşən aerodromlarda sığınacaqlar inşa edirlər. Bu barədə Böyük Britaniya kəşfiyyatı peyk görüntülərinə əsasən məlumat verir.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, Ukrayna dronlarının uğurlu zərbələrinə cavab olaraq, Rusiya Millerovo, Kursk-Şərq və Qvardeysk aerodromlarında öz hava qüvvələrini qorumaq məqsədilə xüsusi müdafiə proqramına start verib.
Britaniya kəşfiyyatının məlumatına görə, bu təkmilləşdirilmiş təyyarə sığınacaqları qübbə formalı damla, güclü partlayışa davamlı qapılarla təchiz olunub və əlavə qoruma üçün torpaqla örtülüb.
Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın bir neçə aerodromuna dron hücumu təşkil edib və nəticədə Rusiyanın strateji aviasiyasına ciddi ziyan dəyib, bəzi təyyarələr məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















