“Huawei” şirkəti BDU da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Dövlət Universiteti (BDU) ilə “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində universitetdə “Smart Campus” və “Smart Classroom” rəqəmsal həlləri üzrə təqdimat və müzakirə sessiyası keçirilib.
BDU-dan 525.az-a bildirilib ki, tədbir “Huawei” İKT Akademiyasının təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyıb.
Təqdimatda BDU-nun İnformasiya Təminatı Mərkəzi, Tədrisin Təşkili və İdarəolunması Mərkəzi və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.
“Huawei” şirkətinin texniki komandası tərəfindən universitet mühitinə inteqrasiya edilə biləcək rəqəmsal təhsil və idarəetmə sistemləri barədə geniş informasiya təqdim olunub.
Görüş çərçivəsində universitetin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, “Huawei” ilə birgə həyata keçirilə biləcək təlim və inkişaf proqramları, texnologiyaların tətbiqi və texniki əməkdaşlıq sahəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















