Icma.az
close
up
RU
Bakı Dövlət Universiteti və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universiteti və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Dövlət Universiteti (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “Huawei Technologies Co, LTD” şirkətinin rəsmi dəvəti ilə Çində rəsmi səfərdədir.

BDU-dan XQ-yə bildirilib ki, Azərbaycanın bir sıra universitetlərinin də təmsil olunduğu səfər çərçivəsində yüksək texnologiyalar, süni intellekt və ali təhsildə innovasiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyəti dünyada texnologiyalar şəhəri kimi tanınan Shenzhendə ““Huawei” Korporativ Biznes Sərgi Zalı”nı və “5G və Süni İntellekt Sərgi Zalı”nı ziyarət edib, şirkətin təqdim etdiyi qabaqcıl texnologiyalarla tanış olub. Ziyarət zamanı süni intellekt, 5G və 5G-A, bulud texnologiyaları və smart şəhər həlləri sahəsində şirkətin tətbiqləri barədə ətraflı məlumat verilib, yüksək texnologiyaların, süni intellektin təhsil və tədqiqat sahələrində tətbiqi imkanları nümayiş etdirilib.

“Huawei”in korporativ kommunikasiyalar üzrə vitse-prezidenti David Wang, Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Lin və şirkət əməkdaşların da iştirak etdiyi və baş ofisdə keçirilən rəsmi görüşdə “Artificial İntelligence”və “İntelligent Education” tətbiqləri, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib, texnologiya, təhsil və elm sahələrində gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ali təhsil müəssisələri ilə tərəfdaşlıq imkanları, tələbələrin tədris və təcrübə proqramları, birgə layihələr və innovativ laboratoriyaların yaradılması üzrə konkret addımlar müəyyən edilib.

Səfər çərçivəsində BDU və “Huawei” şirkəti arasında memorandum (MOU) imzalanıb. Əməkdaşlıq çərçivəsində Universitetin tələbələri və tədqiqatçıları üçün texnologiya və innovasiya sahəsində təlim və təcrübə proqramlarının həyata keçirilməsi, BDU-nun müvafiq fakültələrində süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə birgə tədqiqatların aparılması, smart texnologiyalar və 5G infrastrukturu sahəsində tədris və laboratoriya imkanlarının genişləndirilməsi, həmçinin gələcəkdə birgə innovasiya mərkəzlərinin yaradılması və startap ekosisteminin dəstəklənməsi nəzərdə tutulur.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin Dongguan şəhərində yerləşən “Huawei” Tədqiqat və İnkişaf Kampusunda, Dongguan Texnologiya Universitetində və Qlobal Kibertəhlükəsizlik Transparant Mərkəzində də görüşlər keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see186

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see179

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see170

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see146

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see145

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see131

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see130

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see130

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see128

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see126

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see125

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri