Hücum olsa, onlarla bərabər döyüşəcəyik
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Terrorçuların İraqa hücumu ilə bağlı heç bir narahatlıq yoxdur və belə olan halda İran iraqlılara kömək edəcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Sadiq deyib.
Bəşər Əsədi devirən suriyalı müxalif təşkilatları "terrorçu" adlandıran İran səfiri əlavə edib:
"İran İraqa terror hücumuna icazə verməyəcək və biz iraqlılarla bərabər döyüşəcəyik. İran İraqın birliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının zəruriliyini vurğulayan bir neçə rəsmi bəyanat verib".
Qeyd edək ki, suriyalı müxalif qrupların Dəməşqdə nəzarəti ələ keçirmələrindən sonra İran onların İraqda da oxşar əməliyyatlar planlaşdırdıqları ilə bağlı iddialar səsləndirir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















