“Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan...”
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
“33 ölkə vətəndaşlarına ən azı 72 saatlıq ehtiyat saxlamaları barədə müraciət edib. Günlərdir ki, dünya bu həyyacanlı xəbərləri müzakirə edir. Azərbaycan vətəndaşları isə xəbəri ələ salır, həmişə olduğu kimi həyati əhəmiyyətli bu mövzuya lağlağı edirlər. Bizim həmişə olduğu kimi gündəmimiz şou-moudur. İndi isə gələk əsas məqama, bu xəbərdarlıqlarla bağlı müzakirə aparan ciddi çevrələr ən çox kiberhücumlar məsələsindən narahatlıq ifadə edirdilər. Nüvə savaşları, təbii fəlakətlərlə yanaşı bu gün ən çox narahatedici məqam kibertəhlükəsilik məsələsi idi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, banklara, anbarlara kiber hücumların ola biləcəyi, internet kəsintisi daha çox narahatlıq doğuran məqamdır:
“Az əvvəl Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq açıqlaması yaydı. Açıqlamada qeyd olunur ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb: "11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir”.
Ekspertin sözlərinə görə, hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir.
Bu çərçivədə istehsalçı dəstəyini itirmiş "Danfoss AK-SM 800" və "AK- SC 355" modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən "AK-SM 800A" kontrollerləri, eləcə də "Copeland XWEB" və "Dixell XWEB" sistemləri diqqət mərkəzindədir. İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər arasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır. Təsəvvvür edə bilirsinizmi? Dərman depoları, qan bankları, ərzaq anbarları, marketlərin soyuducu sistemləri sıradan çıxır və nə qədər böyük miqyasda fəlakət baş verir? Deməli 72 saatlıq ehtiyat çağırışları boşuna deyilmiş. Bu mövzuya diqqətli yanaşmaq və bu istiqamətdə çox ciddi önləmlər almaq lazımdır”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















