Icma.az
close
up
RU
Fransa Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək siyasətindən əl çəkməlidir Deputat

Fransa Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək siyasətindən əl çəkməlidir Deputat

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Uzun illər Ermənistanın işğalçılıq siyasətinə açıq dəstək verən Fransa 2020-ci ildə 44 günlük Vətən savaşında əldə etdiyimiz tarixi Zəfəri hələ də həzm edə bilmir. Odur ki, Azərbaycana qarşı təzyiq və əsassız hücum siyasətindən əl çəkmir. Əslində, erməniçilik, ermənipərəstlik Fransanın daxili və xarici siyasətində hər zaman olub. Sadəcə olaraq Makron Fransasında bu siyasət belə deyək ki, lap əndazəsini aşıb”.
Bunu Demokrat.az-a açıqlmasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bu gün öz daxilində problemlər girdabında boğulan, həmçinin müstəmləkəçilik siyasəti ucbatından çoxsaylı təzyiqlərlə üzləşən Makron Fransası bundan çıxış yolunu yenə də Azərbyacana hədyan yağdırmaqda görür: 
“Heç uzağa getməyək. Yanvarın 6-da Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib. Təbii ki, Makronun bu məsələyə yanaşmada ifrat erməniçilik etdiyi bütün çılpaqlığı ilə ortadadır. Lakin onun dilə gətirdiyi digər fikir isə Azərbaycan düşmənçiliyinin növbəti bariz nümunəsidir. Məsələ burasındadır ki, Makron "Fransanın bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür” iddiasını ortaya qoyub”. 
V.İskəndərov vurğulayıb ki, Makronun bu iddiası bir sıra reallıqlardan xəbər verir: 
“Əvvəla bu Makronun və onun timsalında Fransanın Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsinin açıq etirafı kimi qəbul edilməlidir. Çünki özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç vaxt tənqid etməyib. Əksinə, Makron yuxarıda bəhs edilən çıxışında bir daha Ermənistanı müdafiə etdiklərini bildirib. Ümumiyyətlə Azərbaycan XİN-in münasibətində də qeyd edildiyi kimi Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyən qəbuledilməzdir”.
O ki, qaldı digər məqama millət vəkili bildirib ki, Makronun “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb” ilə bağlı cəfəng iddiası həm gülüş doğurur, həm də rəsmi Parisin çıxılmaz durumda olduğundan xəbər verir: 
“Yəni rəsmi Parisin məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi Makron Fransasının yanlış siyasətindən xəbər verir. Hesab edirəm ki, Fransa, bu ölkənin rəhbəri digər ölkələri təqsirləndirmək əvəzinə, həyata keçirilən səriştəsiz xarici siyasətdən dərs çıxarmalıdır. Ümumiyyətlə isə Fransa bir an öncə Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək siyasətindən əl çəkməlidir”.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri