Icma.az
close
up
RU
Cənubi Qafqazda sülhə mane olmaq cəhdi

Cənubi Qafqazda sülhə mane olmaq cəhdi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığı, dünya dövlətlərinin ölkəmizlə dostluq və sıx əməkdaşlıq qurmağa böyük maraq göstərdiyi bir vaxtda təəssüf ki, Avropanın mərkəzində yerləşən Belçika və Niderlandın parlamentləri ölkəmizin bu uğurlarına kölgə salmağa çalışırlar. Bir neçə gün bundan əvvəl bu ölkələrin parlamentlərində ölkəmizə qarşı yalan, qərəzli və şantaj xarakterli qətnamələr qəbul edildi.

Qəbul edilən sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxanlar, qanunsuz silahlı dəstələr yaradaraq azərbaycanlıların kütləvi qətlində ittiham olunan şəxsləri "hərbi əsir" kimi qələmə verir, guya Qarabağda yaşayan ermənilərin zorla qovulması kimi saxta ittihamlar irəli sürürlər. Bu qətnamələr gülüş doğurur və eyni zamanda ikrah hissi yaradır. Azərbaycan ərazisində insanlıq əleyhinə cinayətlər törətmiş, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı çıxan şəxsləri müdafiə etmək, əslində bu cinayətkarlarla əlbir olmaq deməkdir. Qəbul olunmuş bu qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycanın daxili işlərinə müdaxilə kimi də qiymətləndirilir, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına maneə yaradır, revanşist qüvvələrin fəallaşmasına xidmət edir. Sözsüz ki, bu qətnamələrin qəbul olunmasının arxasında erməni lobbisi dayanır. Təəssüf ki, Avropada yaşayan, özlərini "vətənpərvər" adlandıran bir qrup ünsürlərin də müraciətləri düşmən dəyirmanına su tökmüş olur.

Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün böyük imkanlar yaranmışdır. İki dövlət arasında nəqliyyat əlaqələri bərpa olunmaqdadır, eləcə də iqtisadi əlaqələrin qurulması istiqamətində də böyük irəliləyişlər müşahidə olunur. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi şərait yaranmışdır.  Vətəndaş cəmiyyətləri arasında baş tutan görüşlər də xalqların bir-birinə yaxınlaşması istiqamətində müsbət addımlar kimi qiymətləndirilir. Niderland və Belçika parlamentlərinin bu cür sülh proseslərini əngəlləməyə yönəlmiş addımı qəbuledilməzdir. Artıq Ermənistanda da sağlam düşüncəli siyasətçilər Azərbaycanla sülhün yaranmasına tərəfdar olduqlarını bildirirlər.

Niderland və Belçika parlamentləri dəfələrlə bu cür qərəzli, saxta qətnamələr qəbul ediblər. Hər zaman olduğu kimi, bu qətnamələrin də Azərbaycana heç bir mənfi təsiri olmayacaq və adi  kağız parçası kimi arxivə göndəriləcək.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri