Icma.az
close
up
RU
Humanist siyasətin növbəti nümunəsi

Humanist siyasətin növbəti nümunəsi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi


Məlumdur ki cari ildə 28 May Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalamışdı. Sərəncam çoxsaylı ailələrə sevinc bəxş etdi. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq daha bir humanist addım atıldı. Cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Prezident İlham Əliyevin sözügedən əfv Sərəncamı ilə 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

7 AMNİSTİYA AKTI VƏ 32 ƏFV FƏRMANI

Azərbaycanda bu humanist ənənənin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edildilər. Bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad olundu.
Ulu Öndər Heydər Əliyevin böyük humanistlik nümayiş etdirərək, imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismi bağışlanıb. Onu da xüsusi olaraq vurğulayaq ki, Ulu Öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırıldı. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Ümummilli Lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə tarixi müraciətində insan həyatının ən ali dəyər olduğunu, yaşamaq hüququnun hər bir insanın təbii haqqı olduğunu vurğulamışdır. Ölüm hökmünün insan ləyaqətinə və ümumən insan hüquqları ideyasına zidd olduğunu bildirərək Ümummilli Liderimiz ölüm hökmünün tətbiqini qeyri-insani və qəddar tədbir kimi qiymətləndirmişdir. Humanizm, ədalət və azadlıq kimi uca ideallara söykənən, Ulu Öndər tərəfindən 1998-ci ildə irəli sürülən təşəbbüs sayəsində Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə tarixdə imza atdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ulu Öndərin sayəsində ölkəmizdə hüquq, sosial və iqtisadi sahədə ardıcıl, məqsədyönlü islahatların həyata keçirilməsi, insan hüquqlarına dair strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni və sistemli təcrübə formalaşdırdı. Belə ki, Ulu Öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının hazırlanması, insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin olunmasına dair təkliflərin verilməsi və s. bu istiqamətdə görülən işlərin insan amilinə söykəndiyini təsdiq edirdi.

HUMANİZM ƏNƏNƏLƏRİNİN TƏZAHÜRÜ

Ümummilli Liderin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sıra əfv və amnistiya barədə sərəncamlar imzalayıb. 2007-ci ildə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının təzahürüdür. Daha sonra 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən aministiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

Müstəqillik tarixində ən böyük əfv aktı

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqillik tarixində ən böyük əfv aktı idi və humanizm prinsipinin aliliyini təzahürinə çevrildi. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Xüsusilə qeyd etmək lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbi idi.
Azərbaycan Prezidenti tərəfindən həyata kecirilən tədbirlər bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əfvetmə sərəncamları yalnız hüquqi bir addım deyil, həm də dövlətin insan ləyaqətinə, mərhəmətə və anlayışa verdiyi önəmin göstəricisidir. Bu aktlar cəmiyyətin harmoniya içində yaşamasına, cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə inteqrasiyasına imkan yaratmaqla, dövlətin cinayət törətmiş şəxslərə qarşı mərhəmət və insanpərvərlik nümayiş etdirməsinin bir forması kimi çıxış edir. Beləliklə, əfv sərəncamları humanizm prinsipinin praktiki tətbiqi olaraq, dövlətin ədalət və insan hüquqlarına olan sadiqliyini nümayiş etdirir.
Dövlət başçısının humanist addımları Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri