Icma.az
close
up
RU
Müstəqillik Günü ərəfəsində növbəti humanist addım

Müstəqillik Günü ərəfəsində növbəti humanist addım

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

28 May Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncam çoxsaylı ailələrə sevinc bəxş etdi. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq daha bir humanist addım atıldı. Cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Prezident İlham Əliyev budəfəki əfv Sərəncamı ilə 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

7 AMNİSTİYA AKTI VƏ 32 ƏFV FƏRMANI

Azərbaycanda bu humanist ənənənin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilib. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə üç mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edildilər. Bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad olundu.

Ulu Öndər Heydər Əliyevin böyük humanistlik nümayiş etdirərək, imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismi bağışlanıb. Onu da xüsusi olaraq vurğulayaq ki, Ulu Öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırıldı. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Ümummilli Lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə tarixi müraciətində insan həyatının ən ali dəyər olduğunu, yaşamaq hüququnun hər bir insanın təbii haqqı olduğunu vurğulamışdır. Ölüm hökmünün insan ləyaqətinə və ümumən insan hüquqları ideyasına zidd olduğunu bildirərək Ümummilli Liderimiz ölüm hökmünün tətbiqini qeyri-insani və qəddar tədbir kimi qiymətləndirmişdir. Humanizm, ədalət və azadlıq kimi uca ideallara söykənən, Ulu Öndər tərəfindən 1998-ci ildə irəli sürülən təşəbbüs sayəsində Azərbaycan Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə tarixdə imza atdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ulu Öndərin sayəsində ölkəmizdə hüquq, sosial və iqtisadi sahədə ardıcıl, məqsədyönlü islahatların həyata keçirilməsi, insan hüquqlarına dair strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni və sistemli təcrübə formalaşdırdı. Belə ki, Ulu Öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının hazırlanması, insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin olunmasına dair təkliflərin verilməsi və s. bu istiqamətdə görülən işlərin insan amilinə söykəndiyini təsdiq edirdi.

HUMANİZM ƏNƏNƏLƏRİNİN TƏZAHÜRÜ

Ümummilli Liderin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev humanizm ənənələrini yüksək səviyyədə davam etdirərək, bir sıra əfv və amnistiya barədə sərəncamlar imzalayıb. 2007-ci ildə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının təzahürüdür. Daha sonra 2009, 2013, 2016-cı illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilən aministiya aktları insanların sevincinə səbəb oldu. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etdi və 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxıldı.

VƏTƏNDAŞ AMİLİNƏ SÖYKƏNƏN SİYASƏT

Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq, əfv haqqında imzaladığı fərman və sərəncamlar minlərlə məhkumun əfv olunmasına səbəb olub. Prezident İlham Əliyevin 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı müstəqillik tarixində ən böyük əfv aktı idi və humanizm prinsipinin aliliyini təzahürinə çevrildi. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Xüsusilə qeyd etmək lazımdır ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbi idi.

Azərbaycan Prezidentinin növbəti Sərəncamı bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır.

Dövlət başçısının sözügedən Sərəncamı Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir və bu addım əfv olunanların dövlətin onlara inam və etibarının təzahürüdür. Onların hər biri üzərlərində bu diqqəti hiss edərək cəmiyyət üçün layiqli bir vətəndaş olaraq həyat yolların davam etdirəcəklər.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see178

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri