Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Azərbaycan Prezidentinin növbəti humanist addımı

Azərbaycan Prezidentinin növbəti humanist addımı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbul ediləcək amnistiya aktı “Konstitusiya və Suverenlik İli”ndə minlərlə evə sevinc gətirəcək

Əlimizdə Heydər Əliyev siyasi kursunun humanist addımlarının miqyasını göstərən geniş bir məlumat var. Orada göstərilir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevin Prezident olduğu dövrə düşür. Eyni zamanda, indiyə qədər dövlət başçısının imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir. Qürurla deyə bilərik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar.

Ulu öndər xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində insan amili dayanır.

Məhz həmin humanizm prinsiplərinin nəticəsidir ki, xalqımız bu il həm böyük siyahını əhatə edən əfv sərəncamının sevincini yaşayıb, həm də 20 mindən çox insana şamil ediləcək amnistiya aktından yaranacaq məmnunluğun ərəfəsindədir.

Xatırladaq ki, dövlət başçımızın bu il mayın 25-də imzaladığı “Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam həm ölkəmizdə, həm də beynəlxalq aləmdə özünəməxsus rezonans yaratmışdı.

Bundan başqa, Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilmişdi ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətin bariz nümunəsi kimi qəbul edilirdi.

Son günlər isə ölkə mətbuatı yazır ki, Prezident İlham Əliyev ilin sonunadək məhkumlara amnistiya verəcək. Əlavə edilir ki, dövlət başçısı amnistiya aktını artıq Milli Məclisə göndərib. Hətta sənəd artıq parlamentdə müzakirəyə çıxarılıb. Ancaq bu amnistiya aktı əvvəlki anoloji sənədlərdən xeyli fərqli olacaq. Qeyd etdiyimiz kimi, budəfəki amnistiya aktının 20 mindən çox məhkuma şamil olunacağı bildirilir. Mətbuatın yazdığına görə, bu aktın icrası zamanı 5 min nəfərdən çox insan azadlıqdan məhrumetmə cəzasından qurtulacaq və azadlıqdan məhrum edilmiş daha 3 min nəfərin cəzası azaldılacaq. Üstəlik, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi bildirilir. Bundan başqa, bildirilir ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə “böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq”. Bu amnistiya aktının daha geniş auditoriyanı əhatə etməsi də təsadüfi deyil. Cəmi iki həftədən sonra biz ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ni başa vuracağıq. Avropalı ekspertlərin fikrincə, Azərbaycan Konstitusiyası insan azadlıq və hüquqlarına ən böyük önəm verən Əsas Qanunlardan biridir. Bundan başqa, biz bu il milli tariximizin ən böyük Zəfərlərindən birinə imza ataraq, əsrlərdən bəri xalqımıza qarşı törədilən terror, təxribat, separatçılıq, işğalçılıq kimi mənfur zehniyyətlərin kökünü kəsmiş və onların bir daha baş verməməsi üçün möhkəm təməl qoymuşuq. Eləcə də iki həftədən sonra xalqımız növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edəcək.

Yəni cənab Prezidentin təşəbbüsü ilə qəbul və icra ediləcək möhtəşəm amnistiya aktı xalqımız üçün üç istiqamətdən önəmli və əlamətdar olacaq.

Ekspertlərin fikrincə, min illər boyu xalqımızın böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri bu gün artıq dövlət siyasətində davam etdirilir. Məlumdur ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktlarının qəbul edilməsi də tarixi ənənəyə sədaqətin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ünvanlanan dəyərli töhfədir!

Xatırladaq ki, ictimai-siyasi proseslərdə olduğu bütün dövrlərdə hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyəti xüsusi qeyd edilməldir. Çünki Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.

Sonda xatırladaq ki, növbəti amnistiya aktının hələ qəbul edilmədiyinə və təbii ki, həm də icra olunmadığına görə bundan əvvəlki aktın – Zəfər Amnistiyasının rəqəmlərini xatırlatmağı məqsədəuyğun sayırıq. Xatırlatmamız bu şəkildədir: “Zəfər Günü münasibətilə 2021-ci ildə elan edilmiş aministiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub”.

Yəqin ki, hörmətli oxucu bu xatırlatmanın ikinci cümləsindəki “Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı...” ifadəsinin fərqinə vardı. Yəni Azərbaycan dövləti ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslərin səhvlərini də bağışlayıb, günahlarını da.

Həmişə azadlıqda, əzizlərinin yanında, doğma ocağında olasan, Azərbaycan vətəndaşı! Daha heç bir maraq səni səhv yola çəkə bilməsin!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:501
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri