Icma.az
close
up
RU
Humanizmin və böyüklüyün ali ifadəsi

Humanizmin və böyüklüyün ali ifadəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Humanizm kimi nəcib keyfiyyətlərə, vətəndaşa sevgi və qayğıya söykənən siyasət Azərbaycan dövlətinin əsas siyasi xəttini təşkil edir. Prezident İlham Əliyevin fəaliyyətində bu prinsip ardıcıl və qətiyyətli şəkildə öz əksini tapır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə təqdim edilən genişmiqyaslı amnistiya aktı da məhz bu humanist siyasətin parlaq nümunəsidir. Birmənalı şəkildə qeyd etmək olar ki, amnistiya aktı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm və mərhəmət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha sübut etdi. 2025-ci ilin mühüm ictimai-siyasi hadisələrindən biri kimi yadda qalan bu humanist addım xalq tərəfindən böyük rəğbətlə qarşılandı, minlərlə ailəyə sevinc və ümid bəxş etdi.

Azərbaycanın müstəqillik tarixində ən böyük amnistiya aktı kimi yadda qalacaq bu sənəd dövlət–vətəndaş münasibətlərində etimadın daha da möhkəmlənməsinə xidmət edir. Sözügedən addım bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır, onun taleyinə biganə deyil. Bu humanist yanaşma cəmiyyətin sosial birliyini gücləndirməklə yanaşı, hüquqi dövlət quruculuğu prosesinə də mühüm töhfə olacaq.

Bağışlamaq və əfv etmək dövlətimizin dəyərlərinə xas olan keyfiyyətlərdəndir. 1995–2003-cü illərdə Ümummilli lider Heydər Əliyev 32 əfv fərmanı imzalamış və 7 amnistiya aktını təsdiqləmişdir. 2003–2025-ci illərdə Prezident İlham Əliyev isə 39 əfv sərəncamı verərək 
5 amnistiya aktının qəbuluna rəhbərlik etmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncam vasitəsilə 10 162 məhkum azad edilmiş, onlardan 7 060 nəfərə birbaşa Prezident İlham Əliyevin sərəncamları şamil olunmuşdur.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmişdir ki, bu da humanizmin və böyüklüyün ali ifadəsidir.

Qeyd edildiyi kimi amnistiya aktı 20 mindən çox vətəndaşa şamil ediləcək. Bu addım minlərlə ailəyə bayram sevinci gətirəcək və cəmiyyətdə həmrəylik, mərhəmət və ədalət ruhunun möhkəmlənməsinə xidmət edəcək.

“Konstitusiya və Suverenlik İli”ndə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən humanist addım milli ənənələrimizə sadiqliyin bariz nümunəsidir. Bu qərarın cəzadan azad edilən şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına mühüm töhfə verəcəyi şübhə doğurmur. Ümidvarıq ki, azadlığa qovuşan şəxslər bundan sonra qanunun tələblərinə hörmətlə yanaşacaq, dövlətimizin inkişafına fayda verəcək və cəmiyyətin məsuliyyətli üzvləri kimi fəaliyyət göstərəcəklər.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri