Icma.az
close
up
RU
Sülhün və humanizmin mükafatı ŞƏRH

Sülhün və humanizmin mükafatı ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu bir mükafata layiq görülməsi onun rəhbərliyi altında ölkəmizin illərdir apardığı humanist prinsiplərə söykənən siyasətə verilmiş ən gözəl qiymətdir. Bu mükafat insanları insan hüquqları, sülh, həmrəylik və mərhəmət kimi ümumbəşəri dəyərlərə təşviq etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin illərdir yürütdüyü siyasətlə bu mükafata layiq görülməsi Azərbaycanın apardığı sülhsevər, tolerant, humanizm prinsiplərinə əsaslanan siyasətinin həm də dünya üçün bir nümunə olduğunun göstəricisidir.

Bəşər tarixinin ən böyük faciələrindən biri müxtəlif maraqlar naminə dünyada baş verən qanlı toqquşmalar, müharibələrdir. Baş verən müharibələr isə regionlarda ən çox humanitar fəlakətlərlə yaddaşlarda qalır və öz haqq mübarizəsində qalib gəldikdən sonra dünyada hələ də böyük humanitar fəlakətlərin yaşandığı bir dövrdə Azərbaycanın sülh naminə atdığı addımlar bu gün öz nəticəsini verməkdədir. Bu müsbət nəticələri isə münaqişə tərəfləri ilə yanaşı region dövlətləri və regionda yaşayan xalqlar da görəcək. Sülhə doğru atılmış addımlar və xüsusilə Azərbaycanın sülh naminə səyləri və qalib dövlət olaraq qəbul etdirdiyi prinsiplər Cənubi Qafqazda geopolitik dəyişikliklərin getdiyi bir dövrdə ölkəmizin geosiyasi və strateji mövqeyini daha da möhkəmləndirəcəkdir.

Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində vurğulandığı kimi, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almağın böyük bir şərəf olduğunu vurğulaması Azərbaycanın beynəlxalq arenadakı nümunəvi rolunu və Prezidentin liderliyinin həm ölkəmiz, həm də region üçün nə qədər əhəmiyyətli olduğunu göstərən bir çıxışdır. Prezident həm də öz çıxışında bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi dəyərləndirib.

Bəli, bu mükafat Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına, regionda və dünyada söz sahibi dövlət kimi daha da ön plana çıxmasına səbəb olacaq. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi Azərbaycanın bütün dünya ilə dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirməkdə, insanlıq üçün ən vacib olan prinsipləri qorumaqda və təbliğ etməkdə nə qədər əzmkar olduğunu bir daha nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin 21 yanvar 2026-cı il tarixdə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edərkən vurğuladığı kimi, Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz.

Cənab Prezident İlham Əliyevin Vətən müharibəsi bitdikdən sonra sülh prosesi ilə bağlı etdiyi açıqlamalar, atdığı addımlar, qəbul etdiyi bütün qərarlar proseslərin deklarativ deyil, praktik xarakter daşıdığının, regional sülhə yanaşmada uzunmüddətli hədəfin və qətiyyətin göstəricisidir.

Ruslan Cəfərov

Yeni Azərbaycan Partiyası Culfa Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri