Humanoid robotlar süni intellektin yeni mərhələsinə hazırlaşır
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Süni intellekt texnologiyalarının sürətli inkişafı robototexnika sahəsində də yeni imkanlar açır. Çin bu istiqamətdə dünyanın aparıcı ölkələrindən birinə çevrilmək məqsədilə humanoid robotların hazırlanmasına və onların real həyatda tətbiqinə böyük diqqət yetirir.
“Reuters”in yaydığı xəbərə görə, Çinin aparıcı humanoid robot istehsalçılarından biri olan Unitree şirkətinin təsisçisi və baş icraçı direktoru Van Sinşin robototexnikanın “ChatGPT anı”na yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, söhbət robotların real dünyanı daha yaxşı anlaması, tanımadığı mühitlərdə müxtəlif tapşırıqları yerinə yetirməsi və sadə səs və ya mətn əmrləri əsasında fəaliyyət göstərməsindən gedir.
Mütəxəssislərin fikrincə, belə bir mərhələnin baş verməsi robot texnologiyalarının inkişafında ciddi dönüş yarada bilər. Hazırda humanoid robotlar müxtəlif nümayişlərdə mürəkkəb hərəkətlər nümayiş etdirsələr də, onların gündəlik və sənaye işlərində geniş miqyasda istifadəsi hələ bir sıra texniki problemlərlə məhdudlaşır. Unitree rəhbəri də robotların kütləvi tətbiqi üçün süni intellekt modellərinin qərarvermə və real dünya ilə qarşılıqlı əlaqə imkanlarının daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Çinin robototexnika sahəsindəki ambisiyaları bununla məhdudlaşmır. Reuters-in bu gün yaydığı digər materialda bildirilir ki, ölkənin bəzi şəhərlərində robotlar artıq yol hərəkətinin tənzimlənməsi kimi praktiki vəzifələrdə istifadə olunur. Məsələn, Xançjou şəhərində SUPCON şirkətinin robotları sürücülərə və piyadalara xəbərdarlıq edir, istiqamət və yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırır. Şirkətin məlumatına görə, robotlar may ayından etibarən şəhərdə fəaliyyət göstərir.
Bu nümunələr göstərir ki, robot texnologiyaları tədricən sərgi və nümayiş meydançalarından çıxaraq real iş proseslərinə daxil olur. Bununla belə, Reuters qeyd edir ki, robotların effektivliyi ilə bağlı bəzi göstəricilər şirkətlərin öz məlumatlarına əsaslanır və onların hamısını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Çində humanoid robotlara artan marağın iqtisadi səbəbləri də var. Ölkə əmək bazarında demoqrafik dəyişikliklər fonunda istehsal proseslərinin avtomatlaşdırılmasına və robotlardan daha geniş istifadə edilməsinə çalışır. Reuters-in məlumatına görə, Çin 2026-cı ilin ilk yarısında 40 mindən çox humanoid robot tədarük edib və qlobal bazarda çox böyük paya malikdir.
Bununla yanaşı, robotların insan əməyini tam şəkildə əvəz etməsi hələ yaxın perspektivdə real görünmür. Mövcud texnologiyalar xüsusilə dəyişkən və əvvəlcədən nəzərdə tutulmayan mühitlərdə insanın çevikliyi və qərarvermə qabiliyyəti ilə müqayisədə bir sıra məhdudiyyətlərə malikdir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















