Süni intellektli humanoid robotlar döyüşə hazırlanır
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın “Foundation Future Industries” şirkətinin hazırladığı süni intellekt dəstəkli "Phantom" adlı humanoid robotlar Ukraynada uğurla sınaqdan keçirilib.
Lent.az xəbər verir ki, şirkət 2027-ci ilə qədər bu robotları silahlandıraraq quru döyüşlərində istifadə etməyi planlaşdırır.
Şirkətin rəhbəri Sankaet Pathak bildirib ki, robotlar kütləvi məhv üçün deyil, yüksək dəqiqlik tələb edən hərbi əməliyyatlarda əsgərlərə dəstək vermək üçün hazırlanır.
Onun sözlərinə görə, humanoid robotlar pilotsuz uçuş aparatlarını əvəz etməyəcək, əksinə, təhlükəli quru əməliyyatlarında insanların yerinə tapşırıqlar yerinə yetirəcək.
"Phantom" robotları adi çat-botlardan fərqli olaraq "dünya modeli" (world model) adlı süni intellekt texnologiyasından istifadə edir. Bu sistem ətraf mühiti analiz edərək obyektlərin hərəkətini və mümkün hadisələri əvvəlcədən proqnozlaşdıra bilir.
Hazırda bu cür avtonom döyüş robotlarının istifadəsini tənzimləyən beynəlxalq saziş mövcud deyil. BMT isə insan nəzarəti olmadan hədəf seçib zərbə endirən sistemlərlə bağlı narahatlığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 İyul 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















