Icma.az
close
up
RU
Hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır Zahid Oruc

Hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır Zahid Oruc

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verilib. Xatırladaq ki, ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə rəqəm 34 minə çatıb. Biz rəsmi rəqəmlərdən danışırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar

Modern.az xəbər verir ki, bunu Omdsmanın məruzəsinə münasibət bildirərkən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. 

"Məruzədə Ombudsmanın informasiyanın əldə olunması, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verilib. Burada xüsusi vurğulayaq ki, Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf  maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas.media layihəsi əsla KİV  deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır.
BBC, “Amerikanın Səsi”, "Rossiya seqodnya" və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır. 

HRW, Freedom House  və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır.

BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcəkdir.

Məruzədə məhkəmlərdən şikayətlərin azalmadığı vurğulanır. 

Ombudsman sabiq prezident  Levon Ter Petrosyanın 30 il sonra yayılan bədnam çıxşına hüquqi qiymət verib. Təqdirəlayiq addımdır. 

Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri illik Məruzəyə daxil olunub. Alqışlanacaq hadisədir. Təklif edirik ki, Müvəkkil institutun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil bir fəsildə verilsin.

Beynəlxalq əməkdaşlıq sahəsində Müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi genişmiqyaslı işlər həyata keçirib.

Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç edilməsinə qarşı Müvəkkilin  Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatları ilə daimi işi həyata keçirilsin.

Yekunda irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir. 

İnanırıq ki, millət vəkilləri Müvəkkilin illik Məruzəsini qənaətbəxş sayacaq və daha etibarlı tərəfdaşa çevrilməsi üçün ona köməklərini əsirgəməyəcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri