Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb FOTO

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Zahid Oruc: ”Özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında”

Zahid Oruc: ”Özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Əvvəlcə, icazə verin 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə hörmətli Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan qadınlarını, hörmətli Sahibə xanım Qafarova başda olmaqla parlamentin xanım üzvlərini, o cümlədən İnsan haqları üzrə Müvəkkil Səbinə xanım Əliyevanı ürəkdən təbrik edək, onlara dövləti və milli fəaliyyətlərində böyük uğurlar diləyək. İlk növbədə, 30 illiyini Qələbə ilə qeyd etdiyimiz Konstitusiyamıza uyğun olaraq, İnsan hüquqları üzrə Müvəkkilin 2024-cü il üzrə Məruzəsinin fərqli bir dövrü-təkcə torpaq bütövlüyü və suverenliyimizin deyil, həm də milli və vətəndaş tamlığının birinci ilini əhatə etdiyini xüsusi vurğulayaq".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

O çıxışında bildirib:

"Hər birimiz qürurla deyə bilərik ki, 30 illik işğala, soyqırım və köçkünlüyə həsr olunan məruzələrdən də xilas olmuşuq. Xalqımızın qalibiyyət haqqı özünə qaytarılıb. Bəli, Qələbəmiz universal hüquq və ali qanunçuluq hadisəsidir. Təkcə yüz minlərlə məcburi köçkünün deyil, hər bir azərbaycanlının konstitusion haqqı gerçəkləşib.
Müstəqillikdən 30 il sonra qazanılan milli Zəfər və Böyük qayıdış Konstitusiyamızı da bütövləşdirib, Ali Qanunumuzun tətbiq coğrafiyasını genişləndirib.

Müxtəlif beynəlxalq casus şəbəkələrinin yüksək mükafatlara təqdim etdiyi şəxslərdən fərqli olaraq, azadlıq haqda dünyəvi qanunları, bəşəri arzu və idealları gerçəkləşdirən, millətimiz üçün qalib Yüz İli başlayan prezident İlham Əliyevin Nobel titulu daha insani, hüquqpərvər və adil qərar olardı.  
İnsan hüquqları üzrə Müvəkkil institutu Qarabağda qanunsuz yaradılan  Ombudsmanın paralel fəaliyyətindən azad olub. İşğal səhifələri tarixə qovuşur və Qayıdış hesabatları, azad torpaqlara həsr olunan məruzələr Milli Məclisə təqdim olunur.

Məruzəni qiymətləndirərkən, beynəlxalq təhlükələrin görünməmiş dərəcədə artdığı bir dövrdə dünyada insan hüquqlarının durumuna qısa nəzər faydalı olardı.

BMT-nin İnsan hüquqları Şurasına üzvlükdən imtina edən Birləşmiş Ştatlarda Trampın son çıxışına əsaslansaq, cinayətkar kartellər daxildə savaş aparır, həbsxanalarda məhbusların sayına görə dünyada 1-ci yerdədilər və hər ay yüz min qeyri-leqal miqrantın axını səbəbilə sərhəddə fövqəladə vəziyyət elan olunub.

Fransada 2023-cü ildə 676 antisemitizim,188 islamofob aksiya keçirlib. 

Ermənistanda insan haqlarına gəldikdə isə, erməni Müvəkkil 2024-cü ildə hədə-qorxu, təzyiq, gender və etnik zəmində nifrət nitqi, çoxsaylı təhdidlərlə qarşılaşıb. 

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili konstitusion mandatı çərçivəsində fəaliyyəti zamanı hər hansı maneə və qanunsuz təsirlə üzləşməyib.

Milli Məclisə təqdim olunan 3 fəsil, 101 səhifə və yekun diaqramlardan ibarət Məruzədə, ilk növbədə vətəndaşların müraciətlərinə xüsusi yer ayrılıb. Xatırladaq ki, ötən il Ombudsmanın ünvanına 29.371 müraciət daxil olub ki, əvvəlki illə müqayisədə fərq cəmi 40 müraciət təşkil edir. Əlbəttə, müraciətlərin daha aydın təsnifatına ehtiyac var, belə ki, hansı hakimiyyət orqanlarından, yaxud yerli qurumlardan daha çox şikayətlərin olduğu, tələblərin xarakeri və əhatə etdiyi coğrafiyanın təhlili  təkcə statistik deyil, gerçək problemlərin xəritəsini  görməyə imkan verərdi. 
Sənəddə mülki hüquqlarla bağlı, ilk növbədə, mənzil fondunun yenilənməsi ilə əlaqədar xüsusilə də Bakı şəhərində problemlərin hələ də qaldığı göstərilir. Hökumət bütün tərəflərlə birgə yeni çözüm yolları tapa bilər.

Məruzədə növbəti dəfə, Müvəkkilin beynəlxalq mandatı çərçivəsində Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı vurğulanır. Rusiya-Ukrayna savaşında da hər iki tərəfdə vuurşan azərbaycanlıların taleyi eyni xarakterli məsələdir. Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyyatlarda iştirakına imkan verməyəcək.

Milli Preventiv Mexanizm çərçivəsində Müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib. Müsbət haldır ki, planlaşdırılmayan baxışlar haqda geniş məlumat verilir. Əlbəttə, Penitensiar müəssisələrdə sıxlıq problemi davam edir. Məlumat üçün, ölkəmizdə hər 100 min nəfərə 220-230-a yaxın məhbus düşür. Onlardan 600-a qədəri qadındır. Göstərici kriminogen durumun sabitliyindən xəbər verir və Avropa sıralanmasında yüksək yerlərdən biridir. 

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi haqqında Məruzədəki digər statistik məlumatlar bizi narahat edir. Penitensiar müəssisələrdə 2022-ci ildə  vəfat edən 151 məhbusdan 146-sı, 2023-cü ildə isə 169 məhbusdan  163-ü xəstəliklər səbəbi ilə həyatını itirib. Göründüyü kimi, ağır xəstə məhkumların cəzadan azad olunmalarına dair məhdudiyyətlərin aradan qaldırılması, təqdimatların göndərilməsindəki problemlərin həlli zəruridir.
Azadlıqdan məhrumetmə deyil, məhdudlaşdırma tədbirləri-“cəza bilərziyi”nin tətbiqi mütərəqqi hadisədir. Probasiya Xidmətinin yaradılması təkcə büdcə vəsaitlərini qorumur, həm də şəxsin yaxınlarından və cəmiyyətdən təcridsiz islahına xidmət edir. Məlumat üçün deyək ki, hazırda şərti məhkum edilən 3519 adama elektron nəzarət vasitəsi tətbiq edilib və Xidmət fəaliyyət dairəsini, rəqəmsal monitorinqi, sosial adaptasiya və bərpa tədbirlərini gücləndirir. “Probasiya haqqında” yeni qanun qəbul edəriksə, cəza siyasətində alternativ qərarların dairəsi genişlənər. 

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı sənəddə göstərilir ki,  çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var. Ombudsmanın rəyi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti bildirir ki, 74 nəfər həkim-mütəxəssis barəsində intizam tənbehi görülüb. O ki, qaldı müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslərlə bağlı, Miqrasiya Məcəlləsi vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Belə halda, qanunu pozan şəxslərə mesajla məlumat verilməsi hüquqi tələbi yoxdur və səmərəli yol deyil.

Məruzədə narkoloq və klinik psixoloqların azlığı məsələsinə ayrıca yer verilib. Xatırladaq ki, ölkəmizdə 2015-ci ildə 28 min 555 nəfər narkotik istifadəçisi qeydiyyatda idisə, 2021-ci ildə rəqəm 34 minə çatıb. Biz rəsmi rəqəmlərdən danışırıq. Dövlət Statistika Komitəsinin məlumatına görə 2016-cı ildə ölkədə narkoloqların sayı 91, ötən il 67, cari ildə isə 66 olub. Göründüyü kimi, 1 narkoloqa 500 narkotik istifadəçisi düşür. Belə şəraitdə müalicənin effektivliyi mümkün deyil. Kadrların hazırlanması sahəsində sistemli tədbirlərə ehtiyac duyulur. Nəzərə alsaq ki, məhkumların içərisində də narkotik tərkibli cinayətlər 30 faizdən yuxarıdır, onda mütəxəssis hazırlığının əhəmiyyəti hamımız üçün aydın olar.

Məruzədə Ombudsmanın informasiyanın əldə olunması, o cümlədən dövlət-media münasibətlərinə geniş yer verilib. Burada xüsusi vurğulayaq ki, Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil, kənardan qeyri-şəffaf  maliyyələşmə, xarici dövlətlərin məxfi siyasi layihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyət daşıyırlar. Məsələn, Abzas.media layihəsi əsla KİV  deyil, xəfiyyə və hibrid mübarizə platformasıdır.
BBC, “Amerikanın Səsi”, Rossiya seqodnya və digər media subyektləri, eləcə də UNDP və ya Rus evi kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlı dövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqət prinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrik münasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərar verilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır. 
HRW, Freedom House  və digər təşkilatlar son 4 ildə bir zəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən, mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektiv tətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimi aparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquq monpolistlərinin hakimiyyəti iflasa uğrayır.

BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin, Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətən müharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinə uyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkin düşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır və xaçsız humanist məqsədlərə xidmət edəcəkdir.

Məruzədə məhkəmlərdən şikayətlərin azalmadığı vurğulanır. 

Ombudsman sabiq prezident  Levon Ter Petrosyanın 30 il sonra yayılan bədnam çıxşına hüquqi qiymət verib. Təqdirəlayiq addımdır. 

Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri illik Məruzəyə daxil olunub. Alqışlanacaq hadisədir. Təklif edirik ki, Müvəkkil institutun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil bir fəsildə verilsin.

Beynəlxalq əməkdaşlıq sahəsində Müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi genişmiqyaslı işlər həyata keçirib.

Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç edilməsinə qarşı Müvəkkilin  Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatları ilə daimi işi həyata keçirilsin.

Yekunda irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir. 

İnanırıq ki, millət vəkilləri Müvəkkilin illik Məruzəsini qənaətbəxş sayacaq və daha etibarlı tərəfdaşa çevrilməsi üçün ona köməklərini əsirgəməyəcəklər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see217

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see203

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see188

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see163

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see155

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see150

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see144

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see144

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see142

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see134

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see133

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see131

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see130

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see129

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see127

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb FOTO

27 Oktyabr 2025 12:13see125

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see125

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri