Icma.az
close
up
RU
Hüquqi, demokratik islahatlar yeni uğurlara yol açır TƏHLİL

Hüquqi, demokratik islahatlar yeni uğurlara yol açır TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan özünün iqtisadi, siyasi, diplomatik gücü ilə yeni tarix yazır. O tarixi nailiyyətlər ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edir, uğurlara imza atır. Xüsusilə də, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm Sərkərdəlik məharəti ilə ən ağrılı problem olan Qarabağ işğaldan azad olundu və Xankəndidə, Şuşada, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında və digər işğal edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması təmin edildi. Hazırda işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq, təmir, bərpa, tikinti işlərindən sonra insanların öz dogma yurd-yuvalarına qayıdışı həyata keçirilir. Hər kəs xoşbəxtdir, üzlərdə təbəssüm, sevinc görünür. İqtisadi sferada əldə olunan nailiyyətlər insanların daha yaxşı və firavan yaşamasına yardımçı olur. Dahi Öndərimiz Heydər Əliyevin dediyi “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” fikri bu gün reallığa çevrilməsi ilə əhalinin sosial-iqtisadi yaşayışının ürəkaçan olmasına kömək edir.

Ölkəmizdə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlıqlarının təmin olunması prioritet istiqamətlərdən hesab olunur və bununla bağlı dövlət tərəfindən fundamental addımlar atılır. Ümumiyyətlə, insan hüquq və azadlıqlarına hörmət Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyət gəlişindən sonra əsas prinsiplərdən olub. Azərbaycanda ölüm hökmünün ləğv edilməsi və insan azadlıqları ilə bağlı qanunların qəbul edilməsi, fərmanların imzalanması buna misal ola bilər. 1995-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən Konstitusiyamızın az qala üçdən biri insan hüquqlarının müdafiəsinə, onun sosial, iqtisadi cəhətdən təmin olunmasına həsr olunub. Ulu Öndər Heydər Əliyev ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış edərkən bildirmişdir ki, ölüm cəzasının mövcud olması və tətbiqi insan ləyaqətinə zidd hesab edilir: “İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir”.

Ulu Öndərimiz Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci ildə imzaladığı Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

İnsan azadlıqlarına hörmət və rəğbətin daha bir nümunəsi əfv və amnistiya aktlarının qəbul edilməsi olmuşdur. Dahi Öndərimiz Heydər Əliyevin humanist qərarı ilə 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmişdir. Həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir. 1995-ci ildən bu günə qədər 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub. 2025-ci il də Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. 20 minə yaxın şəxsə Amnistiya Qərarı şamil edilmişdir.

Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dayanır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Belə islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Ümummilli Lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir.

Azərbaycan 44 günlük Vətən Müharibəsində qazandığı hərbi, siyasi, diplomatik qələbəsi ilə regionda yeni və parlaq reallıqlar yaratdı. Bu reallıqlara əsasən bölgənin siyasi, iqtisasi mənzərəsi kökündən dəyişir. Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində son tamamlama işləri görülür. Eyni zamanda, region dövlətləri arasında iqtisadi-ticarət əlaqələri yeni mərhələyə qədəm qoyur. Bütün bu kimi böyük miqyaslı işlər, həyata keçirilən islahatlar insanların daha yaxşı, firavan yaşamasına və hüquqlarının yüksək səviyyədə təmin olunmasına imkanlar yaradır. Azərbaycanın qurduğu və həyata keçirdiyi bu strategiyadan yalnız ölkəmizin vətəndaşları deyil, eləcə də region ölkələrinin əhalisi bəhrələnə biləcəklər.

İ.ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Avqust 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri