Icma.az
close
up
RU
Hüquqi dövlətin inkişafı vətəndaş cəmiyyəti ilə bağlıdır

Hüquqi dövlətin inkişafı vətəndaş cəmiyyəti ilə bağlıdır

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb.

Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz 1990-cı illərin əvvəlləri yada düşür. Xalqımız o vaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalaraq, böhranlı, ağrılı-acılı, faciəli günlər yaşayıb. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb.

Təbii ki, müstəqillikdən sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti institutları reallaşa bilməzdi. Bunun üçün ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Çünki vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. 1995-ci ildə hazırlanmış ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Məlumdur ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən bir cəmiyyətdir. Bu cəmiyyətin mərkəzində birbaşa vətəndaş dayanır. Vətəndaş cəmiyyətinin struktur elementləri isə bunlardır: – şəxsiyyət, ailə, məktəb, ibadət evləri, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər.

Vətəndaş cəmiyyətinin güclü olması hüquqi dövlət quruculuğuna birbaşa təsir göstərir.

Mövzu ilə bağlı sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, demokratiyanın və hüquqi dövlətin əsas göstəricilərindən biri məhz vətəndaş cəmiyyətinin mövcudluğu və fəallığıdır.

Vətəndaş cəmiyyəti cəmiyyətlə dövlət arasında səmərəli körpü rolunu oynayaraq, dövlət-vətəndaş münasibətlərində konstruktiv dialoqu təmin edir. Bu institutlar vasitəsilə dövlət vətəndaşların gözləntiləri barədə dolğun məlumat əldə edir və idarəetmə prosesini həmin gözləntilərə uyğun qurur.

Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu dinamik xarakter daşıyır və bu sahədə dövlətin xüsusi dəstəyi müşahidə olunur. Onun fikrincə, ilbəil vətəndaş cəmiyyəti institutlarının daha səmərəli fəaliyyəti üçün dövlət tərəfindən həm maddi, həm də institusional dəstək artırılır. Bununla yanaşı, uyğun normativ-hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi də vacib amillərdən biridir.

Siyasi təhlilçi vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti vətəndaşın dövlətə, dövlətin isə vətəndaşa münasibətini formalaşdırır. Bu baxımdan Azərbaycanda dövlətlə vətəndaş arasında daim dialoq mühiti mövcuddur. Dövlət, vətəndaş cəmiyyəti institutları vasitəsilə cəmiyyətin ehtiyac və gözləntilərini nəzərə alaraq öz fəaliyyətini müəyyənləşdirir ki, bu da insan hüquqlarına həssas yanaşmanın göstəricisidir.

Elşad Mirbəşiroğlu xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri insan hüquq və azadlıqlarına həsr olunub. Bu isə ölkədə vətəndaş cəmiyyətinin gücləndirilməsinə və onun dövlət idarəçiliyində xüsusi roluna verilən önəmi nümayiş etdirir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları vətəndaşların hüquqlarının qorunmasında mühüm rol oynayır və bu institutlarda birləşən vətəndaşlar öz hüquqlarını daha effektiv şəkildə müdafiə edə bilirlər.

Müsahib, son illər dövlət orqanlarında ictimai şuraların yaradılmasını, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsini və Prezident İlham Əliyevin ictimai nəzarətin vacibliyini xüsusi vurğulamasını vətəndaş cəmiyyətinin inkişaf perspektivlərinin yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Onun fikrincə, bu proseslər Azərbaycanda dövlətlə vətəndaş arasında harmoniyanın təmin olunmasına xidmət edir.

Siyasi təhlilçi əlavə edib ki, vətəndaş cəmiyyəti eyni zamanda Azərbaycanın sosial dövlət xarakterini də gücləndirir. Vətəndaşların rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının rolu mühümdür.

Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların da bu sahənin inkişafına ciddi təkan verdiyini bildirib. Onun sözlərinə görə, QHT dəstəyi üzrə informasiya sisteminin yaradılması vətəndaş cəmiyyəti institutlarının daha çevik və səmərəli fəaliyyətinə əlavə stimul verəcək.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri