Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Hüquqi dövlət quruculuğu, yalnız hüquq sisteminin və qanunvericiliyin möhkəmləndirilməsi ilə kifayətlənmir. Bununla yanaşı hüquqi dövlətin mövcudluğu və inkişafı üçün vətəndaş cəmiyyəti böyük əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti, fərdi hüquqların qorunmasında, sosial ədalətin təmin olunmasında və dövlətin demokratik prinsiplərə uyğun fəaliyyət göstərməsində mühüm rol oynayır. Vətəndaş cəmiyyəti həmçinin, sosial ədalətin təmin edilməsində və fərdi hüquqların qorunmasında böyük rol oynayır. Məsələn, qeyri-hökumət təşkilatları (QHT-lər) və sosial qruplar, təhsil, səhiyyə, işsizlik və sosial təminat məsələləri ilə bağlı qanunvericilikdə islahatların aparılmasını tələb edərək, vətəndaşların sosial və iqtisadi hüquqlarını müdafiə edir. Onlar həmçinin, gender bərabərliyi, etnik və mədəni müxtəliflik və digər sosial məsələlərlə bağlı ictimai təhsilin artırılmasına və qanunların təkmilləşdirilməsinə təsir göstərirlər.

Mövzu ilə bağlı Manset.az-a danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hüquqi dövlət anlayışı hər bir demokratik cəmiyyətin əsas dayaqlarından biridir:

"Hüquqi dövlətin qurulması qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, hakimiyyətin bölgüsü və müstəqil məhkəmə sisteminin yaradılması ilə bağlıdır. Müasir yanaşma ondan ibarətdir ki, hüquqi dövlət yalnız dövlət qurumlarının fəaliyyəti ilə formalaşdırma qeyri mümkündür.

Bu prosesdə vətəndaş cəmiyyəti mühüm rol və həlledici rola malik olmalıdır. Bu prosesdə vətəndaş cəmiyyəti institutları olaraq, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, media və vətəndaş təşəbbüsləri – hüquqi maarifləndirmə, ictimai nəzarət və insan hüquqlarının qorunması kimi istiqamətlərdə fəal iştirak etməlidirlər.

Hüquqi dövlət – qanunun aliliyinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə, dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslara söykənməsinə və hakimiyyətin bölgüsünə əsaslanan idarəetmə modelidir. Bu modelin uğurla tətbiq edilməsi üçün Azərbaycanda hüquqi mühit formalaşdırlmışdır.

Beləki Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən qanunvericilik sistemi Qanunun aliliyi, İnsan hüquq və azadlıqlarının qorunması, Hakimiyyətin bölgüsü prinsipi, Müstəqil məhkəmə sistemi, İctimai nəzarət və vətəndaş iştirakçılığı kimi əsas prinsipləri üçün  mühüm imkanalr yaratmışdır. Bu prinsiplərin həyata keçirilməsi və hüquqi dövlətin gücləndirilməsi üçün vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir.

Qeyd etdiyimiz kimi, hüquqi dövlətin inkişafı üçün yalnız dövlət orqanlarının fəaliyyəti yetərli deyil, bu prosesdə vətəndaş cəmiyyəti müxtəlif sahələrdə mühüm funksiyaları yerinə yetirir.

Birinci növbədə, vətəndaş cəmiyyəti dövlətin fəaliyyətinə ictimai nəzarət funksiyasını yerinə yetirir. QHT-lər, media və vətəndaş təşəbbüsləri dövlət qurumlarının fəaliyyətini izləyir, qanun pozuntularını ictimaiyyətə çatdırır və problemlərin həlli üçün təkliflər irəli sürürlər. Korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının qorunması baxımından vətəndaş cəmiyyəti dövlətin hesabatlılığını təmin edən əsas qüvvələrdən biri hesab edilir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 04 aprel 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” da vətəndaş cəmiyyətin də bu sahədə mühüm tədbirlər həyata keçirilməsi üçün xüsusi maddələr mövcuddur. Milli Fəaliyyət Planı dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və ictimai nəzarətin genişləndirilməsi ilə bağlı bir sıra tədbirləri özündə əks etdirir. Eyni zamanda, MFP-nin 5.2-ci maddəsində “Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması” xüsusi olaraq vurğulanır.

İkinci mühüm istiqamət hüquqi maarifləndirmə və vətəndaşların hüquq şüurunun artırılmasıdır. Hüquqi dövlətin əsas tələblərindən biri vətəndaşların öz hüquqlarını bilməsi və onlardan istifadə edə bilməsidir. Bu sahədə QHT-lər, hüquq müdafiə təşkilatları və media hüquqi maarifləndirmə işləri aparır, seminarlar, treninqlər və sosial kampaniyalar təşkil edirlər. Hüquqi biliklərə malik vətəndaşlar öz hüquqlarını daha yaxşı müdafiə edə bilir və dövlətin qanunvericiliyə uyğun fəaliyyətini tələb edə bilirlər. Azərbaycanda QHT-lərə Dövlət Dəsətyi Agentliyi, Medianın İnkişafı Agentliyi və bir çox digər dövlət qurumları vətəndaş cəmiyyəti təşkilatlarına bu fəaliyyətlərin dəstəklənməsi üçün müsabiqə əsasında maliyyə yardımı (qrant) edirlər.

Üçüncü olaraq qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyəti mühüm rol oynayır. QHT-lər və hüquq ekspertləri qanunların hazırlanmasında iştirak edir, dövlət qurumlarına qanun layihələri ilə bağlı təkliflər göndərirlər. Hüquqi dövlətin inkişafı üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması vacibdir. Vətəndaş cəmiyyətinin fəal iştirakı nəticəsində qanunlar daha inklüziv və effektiv olur. Eyni zamanda xüsusi olaraq  qeyd etmək lazımdır ki, ictimai iştirakçılıq ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının hazırladığı qanunvericilik aktlarına həmin qurum yanında fəaliyyət göstərən ictimai şuralar da rəy və təkliflərin bildirməlidirlər. Bu sahədə də uğurlu nümunələr var, lakin bu mexanizmin inkişafı və daha da işlək olması üçün hökumət və QHT-lər səyləri bir qədər də artırmalıdırlar.

Dördüncü mühüm məsələ isə ictimai dialoqun təşviqidir. Hüquqi dövlətin gücləndirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin idarəetmə prosesində iştirakı təmin olunmalıdır. Vətəndaş cəmiyyəti dövlət qurumları ilə vətəndaşlar arasında dialoq körpüsü rolunu oynayır, sosial problemlərin müzakirə edildiyi platformalar yaradır və dövlət siyasətinə vətəndaşların fikirlərinin daxil edilməsinə çalışır. Bu istiqamətində də ölkəmizdə yaxşı nümunələr var. Hesab edirəm ki, ictimai dinləmələr bu dialoq üçün yaxşı nümunədir. Sadəcə bu ictimai dinləmə və müzakirələrin sayın və keyfiyyətin artırılmasına ehtiyac var.   

Son olaraq, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi də hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsidir. QHT-lər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək hüquq sahəsində qabaqcıl təcrübələri ölkəyə gətirir və onların tətbiqini təşviq edirlər. Bu əməkdaşlıq nəticəsində qanunvericilik və idarəetmə sistemində müsbət dəyişikliklər baş verir. Sevindirici haldır ki, biz xaricdən təkcə yaxşı nümunələri idxal etmirik, artıq Azərbaycan öz idarəetmə modelini  xaricə ixrac edir".

Cəsarət Hüseynzadə qeyd edib ki, bu baxımdan Asan xidmət və DOST modeli çox yaxşı nümünələrdir:

"Hər 2 model bir çox ölkələr tərəfindən öyrənilir. Bu modellərin ayrı-ayrı komponentləri və yaxud bütövlükdə tətbiqi ilə bağlı işlər aparılır. Göründüyü kimi hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu dövlətin fəaliyyətinə ictimai nəzarət, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi və ictimai dialoqun təşviqi kimi vacib sahələrdə özünü göstərir. Vətəndaş cəmiyyətinin aktiv iştirakı olmadan hüquqi dövlətin tam formalaşması 

mümkün deyil. Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq nə qədər güclü olarsa, hüquqi dövlət prinsipləri bir o qədər effektiv tətbiq olunar.

Bu səbəbdən, vətəndaş cəmiyyətinin inkişafı və onun dövlət idarəçiliyində fəal iştirakı hüquqi dövlətin davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolunun artırılması üçün həm  institusional həm də mailiyə dəstəyi mexanizmi formalaşmışdır. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif layihələri QHT-lərə Dövlət Dəstəyi Agentliyi və digər dövlət qurumları tərəfindən dəstəklənir. Bu isə o deməkdir Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolunun qəbul etməklə yanaşı, həm də bu prosesin dəstəklənməsini öz üzərinə götürür".

Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli isə vurğulayıb ki, hüquqi dövlətin formulu mövcuddur və bu, hakimiyyətin bölünməsi prinsipinə əsaslanır:

"Hakimiyyət cəmiyyət tərəfindən formalaşdırılır və üç əsas sahəyə bölünür: ali qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti. Hər bir hakimiyyət qolu, vətəndaşlar tərəfindən elə formalaşdırılmalıdır ki, konstitusiya prinsipləri tam şəkildə yerinə yetirilsin. 

İkinci ünsür isə, hər hansı bir dövlətin konstitusiyasının, əsas qanunun hüquqi dövlət yaratmaq mexanizmlərinin dəqiq əsaslarını verməsidir. Konstitusiyaya əsasən, ayrı-ayrı sahələrdə qanunlar qəbul edilir. Nəticədə, bu qanunlar vasitəsilə hakimiyyət formalaşdırılır. 

Hüquqi dövlətin başqa bir vacib hissəsi isə nəzarət mexanizmləridir. Bu mexanizmlər qeyri-dövlət orqanları vasitəsilə həyata keçirilir, yəni hakimiyyət qollarına aid deyillər. Bunlardan biri mediadır, digəri isə ictimai nəzarət formalarıdır. Müəyyən qurumların yanında ictimai palatalar yaradılır, nəzarət orqanları formalaşdırılır. Hər bir vətəndaş, cəmiyyətin bir üzvü olaraq, hüquqi dövlətin yaradılmasında maraqlı olmalıdır. Yalnız bu şəkildə həqiqi hüquqi dövlətin yaranması mümkün ola bilər.
Əlverişli bir sistem lazımdır ki, ali hakimiyyət orqanları bir-birinə nəzarət edə bilsinlər. Qanunverici hakimiyyət, qanunların yaradılması və onların icrası üzərində ciddi nəzarət etməlidir. İcraedici hakimiyyət isə, bu qanunların tətbiqini təmin etməlidir. Qanunların icrasını icra edən orqanlar nəzarət etməli, Hesablama Palatası və digər vasitələrlə bu nəzarət ciddi şəkildə həyata keçirilməlidir.

İcraedici hakimiyyətdə, adətən, dövlət başçısı da iştirak edir və onlar dövlətin birbaşa idarəçiliyi ilə məşğul olurlar. Dövlət suverenliyini təmin etməklə yanaşı, cəmiyyətin təşkili ilə də məşğul olurlar. Ədalətli əmək bölgüsü, əmək haqqı sistemi və hüquq və vəzifələrin təmin edilməsi vacibdir. Müdafiə orqanlarından sosial orqanlara qədər bütün strukturlar icraedici hakimiyyətin idarəçiliyi altında olur. Dünyada adətən icraedici hakimiyyətin başında olan dövlət başçıları beynəlxalq aləmdə daha çox görünürlər.

Tahir Kərimlinin sözlərinə görə, dövlət, cəmiyyət və vətəndaş arasında qarşılıqlı nəzarət həyata keçirilməlidir:

"Vətəndaşların əmək və sosial hüquqları gözlənilməli, eyni zamanda, icra orqanları dövlət idarəçiliyi ilə ciddi məşğul olmalıdır. Bütün bunların biri-birinə ciddi nəzarəti olmalıdır.
Orqanların formalaşması adətən seçki vasitəsilə həyata keçirilir. Bu seçkilər ədalətli və demokratik əsaslarla təşkil olunmalıdır ki, cəmiyyət tam şəkildə təmsil oluna bilsin".

Seyranə Quliyeva 

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 28 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see335

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see122

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see114

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri