Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Sadıqovvari tənqid və.. nəticə?

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

Gündə neçə banan yemək olar? Faydaları

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

Hüquqi dövlətin fəal vətəndaş cəmiyyəti

Hüquqi dövlətin fəal vətəndaş cəmiyyəti

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın güclü dövlət kimi inkişafını, respublikamızın beynəlxalq nüfuzunun artmasını və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür. Aktiv vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu bu amillər sırasında xüsusi yer tutur. Cəmiyyətin bütünlüklə milli maraqlara fokuslanması və ölkənin qanunlarla, hüquqi baza çərçivəsində idarə olunması respublikamızda ardıcıllıqla aparılan siyasətin iki prioritet istiqamətini təşkil edir. Başqa sözlə desək, respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu paralel şəkildə inkişaf etdirilir, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin tətbiqinə “yaşıl işıq” yandırılır.

Ölkədə davamlı hal alan hüquq islahatları

Ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin ayrı-ayrı mərhələlərini fərqləndirə bilərik. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bəyan etsə də, ilk vaxtlarda respublikamızda hüquqi dövlət quruculuğu üçün münbit zəmin yox idi. Xüsusilə də 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarının bir illik hakimiyyəti dönəmində ölkəmizdə, sözün əsl mənasında, anarxiya vəziyyəti yaranmışdı, bütün sahələrdə xaos hökm sürürdü. Cəmiyyət parçalanmışdı və silahlı dəstələr yaradaraq özlərini “lider” adlandıran ayrı-ayrı şəxslər hakimiyyətə, orduya  təsir göstərirdilər, bir sıra hallarda bu təsirlər verilən qərarların sabotaj edilməsinədək uzanırdı. Belə xaos mühitində aydın şəkildə görünürdü ki, dövlət öz üzərinə düşən funksiyaları yerinə yetirə bilmir. XX yüzillikdə ikinci dəfə qazanılan müstəqilliyin yenidən itirilməsi təhlükəsi yarandığı belə ağır vəziyyətdə xalq o dövrdə Naxçıvanda yaşayıb çalışan böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Heydər Əliyevin 1993-cü ilin yayında ölkənin rəhbərliyinə qayıdışı Azərbaycan üçün nicat məqamı oldu. Onun müdrik qərarları sayəsində tezliklə respublikamızda vətəndaş müharibəsinin qarşısı alındı, özbaşınalığa son qoyuldu, sabitlik bərqərar oldu və ölkə inkişafa istiqamətləndi. Beləliklə də, respublikamızda hüquqi dövlət quruculuğuna başlamaq üçün zəmin formalaşdı.

Azərbaycanda hüquqi dövlət quruculuğunun əsasları

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya ilə qoyulub. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında həyata keçirilməsı kimi təməl prinsiplər təsbit olunub. Bundan sonra hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Bu komissiyanın üzərinə ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən etmək və keçmiş sovet dönəmindən miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişmək kimi mühüm vəzifə qoyulmuşdu. Komissiya tərəfindən hazırlanaraq qəbul edilmiş  “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasını və fəaliyyət göstərməsini təmin edib. Bu qanunlar əsasında ölkəmizdə birinci, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi formalaşdırılıb. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apelyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır.

Respublikamızda 2003-cü ildən etibarən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsi başlayıb. Bu mərhələdə məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun qəbul olunub, “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsaslı dəyişikliklər edilib. Hüquq islahatlarının davamlılığının təmin edilməsi baxımından Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı fərman böyük önəm daşıyır. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid edib. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görülüb, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradıllb, özəl ekspertiza təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb.

Fəal vətəndaş cəmiyyəti quruculuğu

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində davamlı islahatlar həyata keçirilməsi ilə paralel şəkildə, fəal vətəndaş cəmiyyətinin formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq vətəndaş cəmiyyəti təsisatları dövlət tərəfindən dəstəklənirlər.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün yaradılan hüquqi baza getdikcə təkmilləşdirilir. Hazırda bu sahənin fəaliyyəti bir neçə sənədlə, o cümlədən Konstitusiya, Mülki Məcəllə, QHT-lər (ictimai birliklər və fondlar) haqqında Qanun, hüquqi şəxlərin dövlət qeydiyyatı və reyestri haqqında Qanun, qrantlar haqqında Qanun, Könüllülük fəaliyyəti haqqında Qanun, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, eləcə də bu sahəni idarə edən digər normativ hüquqi sənədlərlə tənzimlənir. Eyni zamanda, Konstitusiyaya əsasən, QHT-lərin fəaliyyəti bir sıra beynəlxalq hüquqi sənədlərlə də uzlaşdırılır. Bu beynəlxalq aktlara İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Avropa Konvensiyası və s. daxildir. Respublikamızda QHT-lərin səmərəli fəaliyyəti üçün möhkəm qanunvericilik bazasının yaradılması ilə yanaşı, dövlət idarəçiliyinin bütün sahələrində hüququn aliliyinin, şəffaflığın təmin olunması, neqativ halların əhatə dairəsinin kiçildilməsi, eləcə də vətəndaş məmnunluğunun artırılmasını hədəfləyən davamlı tədbirlərin görülməsi də qeyri-hökumət təşkilatlarının fəaliyyəti və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı, idarəetmədə ictimai iştirakçılıq səviyyəsinin yüksəlməsi üçün optimal mühitin formalaşmasını təmin edir.

Elə bu günlərdə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.  Agentlikdən verilən məlumata görə, müsabiqənin mövzular WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər, ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş, Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə, Qərbi Azərbaycana qayıdış prosesi, şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş, regionların sosial-iqtisadi inkişafına ictimai dəstək, milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüsləri (sərbəst mövzu) əhatə edir.

YEGANƏ

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see235

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see210

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see183

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see171

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see139

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see139

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see133

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see132

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see131

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see128

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see127

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see127

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see127

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see124

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see124

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see123

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see118

Ananın yoxluğu övlad üçün ən böyük boşluqdur Günay Kərimi

21 Noyabr 2025 15:58see118

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri